Yuxarı

Azərbaycan həqiqətlərini dünyaya çatdıran fotoqraf

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan həqiqətlərini dünyaya çatdıran fotoqraf

Bu gün Azərbaycan əsilli məşhur fransız fotoqraf Rza Deqatinin 70 yaşı tamam olur.

Kult.az fotoqraf haqqında maraqlı məlumatları təqdim edir.

- Rza Deqati 1952-ci il iyulun 26-ı Təbrizdə doğulub.

- Həvəskar fotoqraf kimi 14 yaşında fəaliyyətə başlayan Rzanın ilk şəkilləri məktəb jurnalında yayımlanıb.

- 22 yaşında şah rejimi tərəfindən fəaliyyətinə görə 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalıb. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq peşəkar fotoqraflığa İran İnqilabını çəkməklə başlayıb.

- 1981-ci ildə İranda ona qarşı təzyiqlərə dözməyib Fransaya köçüb.

- Azərbaycana ilk səfəri 1987-ci ildə olub. O, XX əsrin sonunda Azərbaycanın başına gələn müsibətləri - 20 Yanvar hadisələrini, Xocalı soyqırımını, Birinci Qarabağ müharibəsini, həmçinin, İkinci Qarabağ müharibəsindəki bir çox anları qeydə alaraq həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıb.

- Rza Deqati indiyə qədər dünyanın 115 ölkəsinə səyahət edərək 1 milyondan çox foto ərsəyə gətirib.

- Prezident İlham Əliyev tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı çoxillik səmərəli fəaliyyətinə görə o, 2022-ci ildə “Dostluq” ordeni ilə təltif edilib.

Tarix
2022.07.26 / 13:58
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla