Yuxarı

Müşfiq Abbasov İranı silkələyən səhnəcikdən danışdı - Video

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasovun komandanın son konsertindəki “Milyonçu şouda iranlı nazir” adlı səhnəciyinin İran mediasında və sosial şəbəkələrində yaratdığı rezonansa bağlı Kult.az-a müsahibəsi:

- Səhnəcik İranda böyük əks-səda doğurdu, İran mediası alt yazı ilə videonu tirajlayır. Səhnəciyin bu dərəcədə qalmaqala çevriləcəyini gözləyirdiniz?

- Açığı, bilmirəm orda nə baş verir. Səhnədə olan sualların cavablarının hər biri həqiqətdir. Biz, sadəcə, hamının bildiyi faktları səhnələşdirmişik. Güneylilər bilir ki, Təbriz qədim Azərbaycan şəhəridir. İranda araq içilir, mütamadi olaraq gizli yollarla ölkəmizə narkotik də daşıyırlar. Hətta İranda araq satışı ilə məşğul olanların erməni olduğunu da bilirlər. O da aydındır ki, müharibə vaxtı İran Ermənistanı dəstəkləyirdi. Tehran rejimi rəsmi olaraq Ermənistanı qardaşı adlandırmışdı. İran rejiminin Ermənistan və Rusiya arasında qalma söhbəti də hədiqətdir. Məscidlərdə donuz saxlayan ermənilərə İranın “qardaş” deməsi ki heç kimə sirr deyil! Bunlar həqiqət olduğu halda nə üçün İran mediasının narazılığına səbəb olub? Adətən, gizli olan fakt üzə çıxanda cəmiyyətdə əks-səda doğurur.

- İran mediası və sosial şəbəkə istifadəçilərinin reaksiyası əslində satiranın, yumorun gücünü göstərdi…

- Əlbəttə. Bir məsələ də var ki, bu səhnəcəyi tanınmayan, məşhur olmayan hər hansısa bir insan, ya da qrup etsəydi, İran tərəfdən heç belə reaksiya gəlməzdi. Söhbət izləyici kütləsindən gedir. Video dünən qoyuldu və trendə düşdü. Deməli, “Bu şəhərdə” dünyanın hər yerində azərbaycanlılar tərəfindən izlənilir. Aktyorlarımızın obrazlarına vizual olaraq bu qədər oxşaması səhnəcəyi daha da uğurlu etdi. Açığı, səhnəcəyi yazanda konsertə iki gün qalmışdı. Belə bir ideya gəldi və yazdım. Bunun ikinci hissəsi də Rəşid doktarla olacaq. Orda artıq heç bir siyası mövzu olmayacaq. Tam olaraq məişət mövzusunu əhatə edəcək.

- Növbəti konsertlərinizdə də İranla bağlı belə səhnəcikləri görə biləcəyikmi?

- Maksimum çalışıram elə ssenarilər yazım ki, siyasət - qeyri-siyasət, fərqi yoxdur, həmin ssenarilər baxımlı olsun. Trеnddə 1-2 gün qalan səhnəcik olmasın. Elə səhnəciklər hazırlayırıq ki, 5, 10, 15 il sonra yenidən efirə gedəndə digər verlişlərdən çox baxılır. Bunun da səbəbi odur ki, seçilən mövzu uzunömürlü olur. Sözügedən səhnəciyi götürsək, 20 ildən sonra da səhnəcik bugünkü auditoriyasını qoruyacaq, baxılacaq. İranla münasibətlərimizdən asılı olmayaraq, onun içindəki tarixi faktlar səhnəciyi 20 ildən sonra üçün də baxımlı edəcək. Eyni gülüş və alqış yaradacaq. Noyabrda “Bu şəhərdə”nin növbəti konsertinə qədər hansı proseslər baş verərsə, həmin hadisəyə uyğun elə bir səhnəciklə çıxış edərik.

Tarix
2023.05.17 / 19:12
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla