Yuxarı

Xalq artistinin kanalını silən şirkət cəzalana bilər?

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yutubun Azərbaycanda partnyor şəbəkəsi olan “VediaKorp Azərbaycan” (WediaCorp Azerbaycan) şirkəti onlarla müqavilə bağlamadığı üçün görkəmli bəstəkar Elza İbrahimovanın kanalını qəsdən şikayət edərək bağlatdırıbsa, mənəvi zərərə görə 200 min manatdan 300 min manatadək təzminat ödəməlidir.

Bunu Kult.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov “VediaKorp Azərbaycan” şirkətinin görkəmli bəstəkar Elza İbrahimovaya məxsus kanalı sildirməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, mülki qanunvericilikdə müqavilə azadlığı anlayış var və bu, mülki münasibətlərdə ən çox işlənən və onun əsasını təşkil edən münasibətlərdən biridir:

“Heç bir halda yol verilmir ki, fiziki və hüquqi şəxsin hər hansı bir mülki hüquq və vəzifələri məcburi şəkildə müəyyən olunsun. Bu mənada adı çəkilən şirkətin həqiqətən də müqavilə bağlanması üçün kimisə təhrik etməsi sübut olunsa, bu zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələyə müdaxilə etməlidir. Çünki bu, həm ikili münasibətlərə ziddir, həm də azad rəqabətin pozulması deməkdir. Digər tərəfdən isə müqavilə bağlanmasına məcburi şəkildə kimisə təhrik etmək qanunsuz hərəkətdir və daha çox mülki məsuliyyətə səbəb olur. Buna görə də bu məsələ məhkəmədə araşdırıla bilər. Sübut edilərsə, maddi və mənəvi zərərlə əlaqədar iddia qaldırıla bilər. Həmin sahənin inhisara alınması ilə bağlı fəaliyyəti isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən araşdırılmalıdır. Elza İbrahimova görkəmli bəstəkar olub. Bu səbəbdən qardaşı Çingiz İbrahimov yüksək məbləğli iddia qaldıra bilər”.

Qeyd edək ki, yutuber İmran Əsədov Yutubun Azərbaycanda yeganə partnyor şəbəkəsi olan “VediaKorp Azərbaycan” (WediaCorp Azerbaycan) şirkətinin Azərbaycanda fəaliyyət göstərən Yutub kanallarının sahiblərinə əməkdaşlıq təklif etdiyini, razılaşmayanların kanalını sildirdiyini bildirib. Silinən kanallar arasında bəstəkar Elza İbrahimova məxsus və qardaşı tərəfindən idarə edilə kanal da olub.

Tarix
2020.05.05 / 08:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla