Yuxarı

Avroviziya-2021-də tamaşaçı olacaqmı?

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avroviziya-2021-də tamaşaçı olacaqmı?

Mayın 18-22-də Niderlandın Rotterdam şəhərində keçiriləcək Avroviziya-2021 mahnı müsabiqəsinin məhdud sayda kütlənin iştirakı ilə təşkil edilməsi planlaşdırılır.

Kult.az xəbər verir ki, bu barədə Niderland Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Niderland hökuməti Avroviziya-2021 mahnı müsabiqəsini məhdud sayda tamaşaçının iştirakı ilə təşkil edərək koronavirusa yoluxma riskini qiymətləndirməyi nəzərdə tutur. Maksimum 3500 tamaşaçının iştirakı ilə 9 konsert planlaşdırılıb. Ancaq tamaşaçıların koronavirus testinin cavabı mənfi olmalıdır.

“Sahə laboratoriyası” kimi qiymətləndirilən bu praktiki sınaq COVİD-19 pandemiyasına baxmayaraq, belə böyük tədbirlərin ictimaiyyətin təhlükəsizliyini təmin etmək baxımından necə keçəcəyini öyrənmək məqsədi daşıyır.

Bununla belə, hökumət koronavirusa yoluxma səviyyəsi artdığı təqdirdə, Avroviziya-2021 mahnı müsabiqəsini tamaşaçıların iştirakı olmadan keçirilməsinə dair qərar qəbul edə bilər. Qarşıdan gələn həftələrdə daha ətraflı məlumat veriləcək.

Xatırladaq ki, hər il milyonlarla tamaşaçını bir araya gətirən “Eurovision” mahnı müsabiqəsi 2020-ci ildə pandemiyaya görə tarixdə ilk dəfə təxirə salındı.

Tarix
2021.04.02 / 21:21
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla