Yuxarı

Bakıda iki il sonra yay caz günləri festivalı başladı - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda iki il sonra yay caz günləri festivalı başladı - Foto

İki illik fasilədən sonra Bakı yay caz günləri (Baku Summer Jazz Days) festivalı fəaliyyətini bərpa edib.

Kult.az xəbər verir ki, iyulun 6-da Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin dəstəyi ilə təşkil edilən festivalın açılış mərasimi giriş sərbəst olmaqla Heydər Əliyev Mərkəzinin parkında açıq havada keçirilib.

Festivalı amerikalı caz pianoçu və bəstəkarı Emmet Kohen öz triosu ilə açıb.

Qeyd edək ki, trionun lideri E.Kohen caz ifaçısı, həmçinin pedaqoqdur və bütün yaş qruplarından olan tələbələrinə dinləyicilərlə ünsiyyət sənətini öyrədir. O, Nyuport, Monterey və Rotterdamda keçirilən dünyaca məşhur caz festivallarında, eləcə də Nyu Yorkdakı “Rose Hall” və Vaşinqtondakı Kennedi Mərkəzində, bir çox məşhur musiqi məkanlarında çıxış edib. E.Kohen, həmçinin Amerika Piano Assosiasiyasının, 2019-cu il “Amerika pianoçuları mükafatı”nın sahibidir.

Həmçinin Azərbaycanın ən tanınmış gənc heyətlərindən olan “H3 Collective”in yaradıcısı və rəhbəri, caz trumpet ifaçısı və bənd lideri Firudin Həmidov öz əsrarəngiz çıxışı ilə izləyicilərə gözəl anlar bəxş edib. “H3 Collective” və F.Həmidov əsasən eysid-caz, fank-caz, hip-hop və digər müasir caz istiqamətləri üzrə çalışır.

Bakı yay caz günləri festivalının iyulun 7-də keçiriləcək növbəti proqramı məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, eləcə də prodüser İlhan Erşahinin kvarteti ilə davam edəcək.

Həmin gün, həmçinin müasir Azərbaycan caz səhnəsinin istedadlı nümayəndələrindən olan Diana Hacıyeva da öz əsrarəngiz çıxışını nümayiş etdirəcək.

Tarix
2022.07.07 / 01:02
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi

Ruttenin xüsusi nümayəndəsi Azərbaycandadır

“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlandı

Konqresdə azərbaycanlılarla bağlı konfrans keçirildi

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla