Yuxarı

“Qəbahətim böyükdür...” - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qəbahətim böyükdür...” - Video

Bu gün Azərbaycanın korifey sənətçisi Şövkət xanım Ələkbərovanın doğum günüdür.

O, 1922-ci il oktyabrın 20-i dünyaya gəlib. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Şövkət Ələkbərova Azərbaycan musiqi sənətinin minillik sütunlarındandır.

O, böyük sənətkarın sınağından çıxaraq adını əbədiləşdirib. 1937-ci ildə təşkil olunmuş bir müsabiqədə iştirak edir və çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini çəkir. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyur. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları böyük məşhurluq qazanır.

Şövkət xanım ustadı Üzeyir bəyi belə xatırlayardı:

"Üzeyir dayı mənim səsimi çox xoşlayardı, həmişə mənə "özündən, səsindən muğayat ol", - deyərdi. O, böyük ürək sahibiydi, məktəb idi, məktəb! Bizə oxumağın, yana-yana oxumağın, bir sözlə, sənətin hər sirrini öyrədərdi".

SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərova "Füzuli kantatası", "Qarabağ", "Çay", "Bir könül sındırmışam", "Ana", "Axşam", "Sənsən ürəyim", "Dərələr", "Tez gəl" kimi mahnıların unudulmaz ifaçısıdır.

"Qəbahətim böyükdür...", - deyən sənətkarın yeganə qəbahəti Azərbaycan musiqisini, onu sevənləri 70 yaşında atıb getməsi idi. Şövkət xanım 1993-cü il 7 fevralda vəfat edib.

Tarix
2015.10.20 / 13:23
Müəllif
Nigar An
Digər xəbərlər

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla