Yuxarı

Flora: “İlhamənin mahnılarını bəyənirəm”

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Flora: “İlhamənin mahnılarını bəyənirəm”

İlhamə mənim sənətimə qiymət vermək üçün hələ çox inkişaf etməli, çox ucalmalıdır.

Bu sözləri xalq artisti Flora Kərimova həmkarı İlhamə Quliyevanın "Flora sənətkardır, onun "Tapar məni" mahnısını bəyənirəm" fikrinə münasibət bildirərkən deyib. Flora Kərimova İlhamə Quliyevanın mahnılarını bəyəndiyini etiraf etsə də, onu sənətkar hesab etmədiyini bildirib:

"Mən onun mahnılarını bəyənirəm. Əgər İlhamənin dözülməz xasiyyəti, hamı ilə dalaşmaq təkəbbürü, bu dünyanı alt-üst etmək istəyi olmasaydı, o, çox yaxşı müğənni ola bilərdi. İçindəki zəhər onu o qədər məhv edib ki, ifasında da bu acılıq hiss olunur. Sənətkar kimi İlhamə mənim yanımdan keçə də bilməz. İlhamə ilə mənim aramda okeanlar var. Gərək o okeanları fəth edə ki, mənim sənətimə yaxınlaşa bilə... Vəssalam!"

Flora Kərimova heç vaxt İlhamə Quliyeva ilə barışmayacağını da deyib:

"Mən İlhamə deyiləm ki, bu gün söyəm, sabah barışam".

Xatırladaq ki, İlhamə Quliyeva ötən gün ANS kanalının efirində xalq artisti Flora Kərimovanın sənətkarlığını yüksək qiymətləndirdiyini bildirib və onun "Tapar məni" mahnısını bəyəndiyini etiraf edib.

Tarix
2015.10.22 / 22:56
Müəllif
Əfruzə Ağayeva
Digər xəbərlər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla