Yuxarı

Ququş və Zəki Müreni birləşdirən bakılı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ququş və Zəki Müreni birləşdirən bakılı - Video

Sənət – söz, səs, musiqi bir anda işıq sürəti ilə planetin bir başından o biri başına səfər etmək iqtidarındadır. Xüsusən, mədəniyyətimizin əbədi sədaları olan klassik mahnılarımız dünyanın hər yerində bəşəridir, yenidir və müxtəlif dillərdə də öz gözəlliyini itirmir.

Axar.az xatırladır ki, mərhum bəstəkar Əli Səliminin bəstələdiyi "Ayrılıq" mahnısı təkcə sovet məkanında deyil, İran, Türkiyə kimi qonşu ölkələrdə də şöhrət qazanıb.

Əli Səlimi 1922-ci ildə Bakıda anadan olsa da, sonradan ailəsi müəyyən səbəblərə görə İrana köçməli olur. Elə bu "sürgün" bənzərsiz "Ayrılıq" mahnısının da yaranmasında bilavasitə rol oynayır.

Əli Səlimi müsahibələrindən birində mahnının yaranma tarixçəsi ilə bağlı maraqlı bir faktı açıqlayır: "Uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən ayrılıq mövzusunda mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım. Çoxlarımız üçün bu, ailə üzvləri, sevdiklərimiz, qohumlar və Arazın o tayındakı doğma kəndlər və şəhərlərimizdən ayrı olmaq demək idi. O dövrdə nə Sovet, nə də Şah rejimi bizlərə o taydakılarla görüşmək üçün icazə verirdilər. Bir gün Fərhad adında gənc bir şair mənə bir şeir gətirdi. Öncə çox maraqlanmasam da, şeiri oxuduqdan sonra "budur mənim axtardığım", - dedim".

Deyilənə görə, mahnı əvvəlcə fərqli sözlərlə ifa edilibmiş:

İllərdir uzağam arxam elimdən

Bülbüləm düşmüşəm ayrı gülümdən

Zor ilə ayırıb şirin dilimdən

Ayrılıq, ayrılıq, yaman ayrılıq

Hər bir dərddən olur yaman ayrılıq...

Ancaq mahnı sözlərində siyasi çalar olmasına görə senzuraya məruz qalır və şair Fərhad İbrahimi mahnının sözlərini dəyişdirərək, onu bu gün hər yerdə oxunduğu kimi bir sevgi şeiri şəklinə salır.

Əli Səlimi 1978-ci ildə ərdəbilli şair Valeh Mahmud Dəstpuşun şeirinə ona növbəti misilsiz uğur gətirən "Sizə salam gətirmişəm" mahnısını yazır.

Ancaq onun yaradıcılığının pik nöqtəsi "Ayrılıq" mahnısı olur.

1961 ci ildə Rəşid Behbudov İranda qastrolda olarkən "Ayrılıq" mahnısını böyük maraqla dinləyir. Sonra onu öz repertuarına daxil edib oxuyur. Bu məşhur mahnı Rəşid Behbudovdan başqa digər tanınmış sənətçilərin də müraciət ünvanına çevrilir: İranın kino ulduzu Ququş, türk musiqisinin əfsanələri Zəki Müren, Müslüm Gursəs, xalq artisti Flora Kərimova kimi sənətkarlar ifasında "Ayrılıq" mahnısı ölümsüzlüyə qovuşur. Əli Səlimi təkcə Arazın o tayı ilə bu tayını qovuşdurmur, həm də bir neçə mədəniyyəti, ölkəni bir sənət ətrafında birləşdirir.

Mahnının kimin ifasında daha möhtəşəm səslənməsinə gəlincə, bu qərarı yenə də oxucuların, dinləyicilərin ixtiyarına buraxırıq.

Tarix
2015.10.28 / 20:05
Müəllif
Nigar An
Digər xəbərlər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla