Yuxarı

Türkiyədə yaşayan aktrisadan Röyaya şok irad – Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə yaşayan aktrisadan Röyaya şok irad – Video

Çox lazım idi proqramın bitməyinə 10 dəqiqə qalmış, xalaxətrin qalmasın deyə, bir mahnıyla bu proqrama qatılmaq? Öz vətənində hər hansı bir kanalda qəbul edərdilər bu təklifi? Bir böyük bacı olaraq demək istəyirəm ki, nə olar, özünüzü ucuzlaşdırmayın.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasova Röyanın "Bəyaz Şou"da qonaq olması ilə bağlı fikirlərini bölüşərkən deyib.

O, Feysbukdakı şəxsi hesabında bu fikirləri bölüşüb:

"Bəyaz Şou" proqramının bitməsinə 10 dəqiqə qalmış Bəyazın dediyi kimi, "Azərbaycanın Rihannası", "Azərbaycanın divası"na sadəcə 1 mahnı oxutdurdular. O da Ozan Çolakoğlunun mahnısı. Oysa inanılmaz qürur duydum görən kimi və ailəlikcə gözlədik 2-ci, 3-cü mahnısını. Oxutmadılar. Bu, məncə başqa ölkədən bir proqrama qonaq olaraq qatılan bir sənət insanına təhqirdir, hörmətsizlikdir. Bəyazın heç bir proqramında xarici ölkədən gələn qonağa belə davranılmayıb. Röyanın meneceri belə bir şeyi necə qəbul edib? Çox lazım idi proqramın bitməyinə 10 dəqiqə qalmış, xalaxətrin qalmasın deyə, bir mahnıyla bu proqrama qatılmaq? Öz vətənində hər hansı bir kanalda qəbul edərdilər bu təklifi? Bir böyük bacı olaraq demək istəyirəm ki, nə olar, özünüzü ucuzlaşdırmayın. Min bir əziyyətlə gəldiyiniz yeri, keyfiyyətinizi, ağırlığınızı bir proqramda iştirak edəcəksiniz deyə itirməyin, qoruyun. Bu, birinci dəfə olmadığı üçün belə şeylərə çox əsəbiləşirəm artıq. Röyanın nə Bəyazın proqramına, nə də Bəyaza ehtiyacı var! İstədiyim o ki, əlbəttə, Bəyazın proqramı gözəl və reytinqli proqramdır, amma bu proqrama qatılarkən hər şeydən əvvəl peşəkar sənət insanı olaraq Bəyazın proqramında 10 dəqiqə görünəcəm deyə, prestijlərini düşürməsinlər, zədələməsinlər".

Tarix
2015.10.31 / 11:59
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla