Yuxarı

İlhamə Quliyevanın yalanının üstü açıldı

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlhamə Quliyevanın yalanının üstü açıldı

Xalq artisti İlhamə Quliyeva modern.az saytının "Bakının məşhur qonaqları" rubrikasında Türkiyənin tanınmış sənətçisi Emel Sayının Azərbaycana gəlməsi barədə açıqlama vermişdi. O, müğənninin Bakıdakı konsertindən danışarkən bildirmişdi ki, Emel Sayın onların ailəsinin də qonağı olub və anası Tükəzban xanım ona milli xörəklərimizi hazırlayıb.

Lakin İlhamə Quliyevanın bu fikirləri birmənalı qarşılanmayıb.

İctimai xadim, Sara Qədimova irsinin araşdırıcısı Çingiz Fərəcov Modern.az-a açıqlamasında bu faktın yalan olduğunu bildirib.

O qeyd edib ki, Emel Sayın o zamankı Lenin adına Sarayda konsert verərkən ilk sırada Zeynəb Xanlarova, Sara Qədimova, Şövkət Ələkbərova oturub və onların adları çəkilərkən hər 3 sənətkar müğənniyə gül dəstəsi verib və onunla birlikdə şəkil çəkdiriblər:

"Amma o zaman İlhamə Quliyevanın Emel Sayına yaxın gəldiyini görmədim. Gərək düzgün məlumat versinlər. Tükəzban xanım Emel Sayınla birlikdə olubsa, bir şəklini versin. Onda hər şey aydın olacaq. İlhamə Quliyevanın və Tükəzban xanımın əleyhinə bir söz demirəm, amma Emelin onların evlərinə getməsinə heç cür inana bilmirəm. Yadımdadır ki, Zeynəb Xanlarova Emel Sayını qonaq çağırmaq istəyirdi. Dövlət Təhlükəsizlik Komitəsi o vaxtı icazə vermirdi, amma Emel Sayının onlara gedib-getmədiyini bilmirəm. Sara xanım da onu qonaq çağırmaq istəyirdi, mənə dedi ki, ona çox icazə vermirlər".

Emel Sayın Azərbaycana 1970-ci illərdə gəlib və Bakıda 21 konsert proqramı ilə çıxış edib.

Tarix
2015.11.10 / 12:59
Müəllif
Axar.az
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla