Yuxarı

Xalq artisti Gülçöhrə olacaq - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti Gülçöhrə olacaq - Foto

Bu gün xalq artisti Fidan Hacıyeva Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.

Axar.az xəbər verir ki, xalq artisti mətbuat konfransı zamanı Opera və Balet Teatrında "Arşın mal alan" operettasında canlandıracağı Gülçöhrə obrazından danışıb. O, bu çətin və məsuliyyətli işin öhdəsindən gəlməyə çalışacağını bildirib:

"Açığı, mən çəkinirdim bu obrazı ifa etməyə. Amma yaxınlarım dedilər ki, sənin bu rolu yaratmağa kifayət qədər təcrübən var. Ona görə də uzun çəkən götür-qoydan sonra qərara gəldim ki, Gülçöhrə obrazını ifa edim. Ümumiyyətlə, "Arşın mal alan" ən çətin operettalardan biridir.

Gülçöhrə obrazı isə onun ən mürəkkəb qəhrəmanıdır. İnanıram ki, mən bu rolun da öhdəsindən gələ biləcəyəm. Çox istedadlı bir rejissorla – Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevlə işləyirəm. Həmçinin istedadlı dirijor Əyyub Quliyevlə birlikdə çalışırıq. Bir sözlə, gözəl komandamız var, artıq məşqlər başlayıb. Bildiyiniz kimi, bu operetta daha əvvəl də səhnələşdirilib və Gülçöhrə obrazını istedadlı, nəhəng aktrisalarımız ifa edib. Mən də öz növbəmdə çalışacağam ki, ifamla tamaşaçılarda bir iz buraxım".

Qeyd edək ki, "Arşın mal alan" operettası 28 noyabrda Opera və Balet Teatrında nümayiş olunacaq.

Tarix
2015.11.11 / 18:14
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla