Yuxarı

“Cənab Prezident Qarabağı alanda...” - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Cənab Prezident Qarabağı alanda...” - Video

Xalqım məni sevməsəydi, heç vaxt gəlib bu dərəcəyə çatmazdım.

Bu sözləri bəstəkar Sevinc Tofiqqızı bəstələrinin dünyada səslənməsi və sənət fəaliyyəti ilə bağlı Axar.az-a danışarkən deyib. Bəstəkar əsərlərinə görə qonorar almadığını qeyd edib:

"Bəstələrimə görə çox vaxt qonorar almıram. Bəzən insanların imkanı olmur, bəstələrimi onlara hədiyyə edirəm. Mənim üçün əsas olan pul deyil, xalqın sevgisidir. Sənəti pulla satmaq lazım deyil, gərək əsərlərindən pul güdməyəsən. Əgər Allah mənə bu istedadı, bu vergini veribsə, bununla xalqa və vətənə xidmət etməliyəm. Övladlarımı görəndə necə xoşbəxt oluramsa, mahnılarım dillər əzbəri olanda da elə oluram.

Xalqım məni sevməsəydi, heç vaxt gəlib bu dərəcəyə çıxmazdım. Mən ümummilli liderimizə "Ulu öndərim - Xatirələr", cənab prezidentimizə "İlhamlı Azərbaycanım", Zərifə xanım Əliyevaya isə "Gözlərə nur verən mələk" adlı kompozisiyalar bəstələmişəm. Bunların hər birinin klipi var. Bu mənim borcum idi. Ən böyük arzum odur ki, cənab prezidentimiz Qarabağı alanda və bayrağımızı orada dalğalandıranda Qarabağa aid kompozisiyam orada səslənsin".

Sevinc Tofiqqızı beynəlxalq aləmdə qazandığı uğurlardan da söz açıb:

"Mən adətən vətənpərvərlik mahnıları bəstələyirəm. Bu yaxınlarda Türkiyə səfirliyində Çanaqqalanın 100 illiyi ilə bağlı kompozisiyamın təqdimatı oldu, orada mükafata layiq görüldüm. Daha sonra "Qəlbim Türkiyə" və "Mənim mələklərim" adlı kompozisiyalarım Türkiyənin TRT və TRT Avaz kanallarında nümayiş olundu. Ən son çıxan "Xəyallar qanadına" adlı kompozisiyam başqa ölkələrdə də yayımlandı. Bildiyiniz kimi, bəstələrimin çoxunun sözlərini dəyərli millət vəkilimiz Qənirə xanım yazır. Biz gələcəkdə də yeni mahnılarla dinləyicilərimizi sevindirməyi düşünürük. Bu yaxınlarda Qənirə xanımla birgə işimiz olan yeni albomumuz işıq üzü görəcək".

Tarix
2015.12.01 / 10:50
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla