Yuxarı

Qədir Rüstəmovun 80 illik yubileyi keçirilib – Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qədir Rüstəmovun 80 illik yubileyi keçirilib – Foto

Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində xalq artisti Qədir Rüstəmovun 80 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova, ziyalılar, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şöbə müdiri Şərqiyyə Hümbətova tədbiri giriş sözü ilə açaraq xanəndə haqqında məlumat verib. Sonra xanəndənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib. Xanəndənin yaxın dostu olmuş Gəncə Dövlət Universitetinin müəllimi Etibar Allahverdiyev Qədir Rüstəmov haqqında xatirələrini bölüşüb.

Yazıçı-publisist Qərib Mehdi xanəndə haqqında esselərin də yer aldığı kitabını Mədəniyyət və Turizm Şöbəsinə hədiyyə edib.

Bundan başqa tədbirdə Mədəniyyət Mərkəzinin "Nərgiz" xalq kollektivi, "Bahar" rəqs qrupu çıxış edib, dram dərnəyi üzlərinin ifasında xanəndəyə həsr edilmiş şeirlər səsləndirilib.

Tarix
2015.12.04 / 17:30
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla