Yuxarı

Rəşid Behbudovun həyat yoldaşı ağladı - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşid Behbudovun həyat yoldaşı ağladı - Foto

Bu gün Fəxri Xiyabanda Azərbaycanın korifey sənətkarı, SSRİ xalq artisti Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə anım mərasimi keçirilib.

Axar.az xəbər verir ki, anım mərasimində xalq artistləri Mənsum İbrahimov, Mübariz Tağıyev, bəstəkar Ruhəngiz Qasımova ilə yanaşı, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Rəşid Behbudov adına Mahnı Teatrının kollektivi, sənətkarın ailəsi – həyat yoldaşı Ceyran Behbudova və qızı Rəşidə Behbudova, dostları, sevənləri də iştirak edib.

Tədbirdə söz alan nazir müavini Ədalət Vəliyev Rəşid Behbudovun ölməz sənətkar olduğunu xatırladıb:

"Böyük sənətkarımızın yubileyi Dağıstanda, Mahaçqalada da keçiriləcək. Onun haqda maraqlı bir sənədli film çəkiləcək, adına poçt markası buraxılacaq. Gələn ilin aprel ayında heykəlinin açılışı olacaq. Rəşid müəllimin ifaları hələ də sevilir və Azərbaycan var olduqca seviləcək".

Daha sonra çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Rəşid Behbudovun Azərbaycan musiqisində böyük bir cığır açdığını deyib:

"Rəşid Behbudov hansı ölkəyə gedirdisə, o ölkənin mahnılarını yüksək səviyyədə ifa edirdi. Bütün dünyada onu tanıyırdılar. Rəşid müəllim Allahın ona verdiyin səsdən çox gözəl istifadə edirdi".

Sənətkarın həyat yoldaşı Ceyran Behbudova göz yaşlarını saxlaya bilməyib. O, çıxış edərək anım mərasiminə gələn hər kəsə öz minnətdarlığını bildirib:

"Burada iştirak edən kəsə təşəkkür edirəm. Çox sağ olun ki, gəldiniz. Mən Heydər Əliyevə həmişə minnətdar olmuşam. O, həmişə Rəşid Behbudova dəstək olub".

Tarix
2015.12.14 / 13:11
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla