Yuxarı

“Əliyev dedi ki, qız, o nə yazıdır yazmısan?”

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əliyev dedi ki, qız, o nə yazıdır yazmısan?”

Bu gün dünya şöhrətli sənətkar, xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

Axar.az xatırladır ki, Zeynəb Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Kollecini bitirib.

1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan Zeynəb Xanlarova unudulmaz Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını canlandırıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Onun haqqında "Salam, Zeynəb" adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Təkcə müğənni kimi deyil, siyasi xadim kimi də Azərbaycan tarixində mühüm rol oynayan sənətçinin Ümummilli lider Heydər Əliyevlə bağlı xatirəsi onun ölkəsi üçün nə qədər əhəmiyyətli olduğunu daha aydın göstərir:

"Məlumdur ki, Heydər Əliyevin düşmənləri həm içəridən, həm də Moskvadan dayanmadan onu şərləyirdilər. O zaman mən SSRİ Prezidenti Mixail Qorbaçovun ünvanına sərt bir məktub yazdım. Birini də "Komsomolskaya Pravda" qəzetinə göndərdim. Allah bilir ki, məktubda nələr yazmışdım. Sonralar Heydər Əliyev mənə dedi ki, ay qız, o nə yazı idi yazmışdın! Qorxmurdun ki, səni o yazıya görə məsuliyyətə alarlar? Dedim, sizin uğrunuzda güllə qabağına da gedərəm, çəkinmərəm. Bu, o vaxt idi ki, mənə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilməsi haqda fərman Qorbaçovun masasının üstündə idi. Bircə imza atmağı qalmışdı. Mənim yazımı oxuyandan sonra həmin fərmanı kənara tullayıb demişdi: "Eto ta narodnaya artistka SSSR Zeynab Xanlarova? Posle etoqo pisma yey ne polojeno eto poçetnoe zvaniy "Qeroy Sosialistiçeskoqo Truda". (Bu həmin SSRİ xalq artisti Zeynəb Xanlarovadır? Belə məktubdan sonra ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı düşmür). Mən də dedim ki, cəhənnəmə versin!"

Zeynəb Xanlarova öz ifası ilə Azərbaycanı təkcə SSRİ məkanında deyil, bir çox dünya ölkələrində layiqincə təmsil edib.

Axar.az olaraq Azərbaycan SSRİ Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Zeynəb xanım Xanlarovanı 79 yaşının tamam olması münasibətilə təbrik edir, ona can sağlığı arzulayırıq.

Tarix
2015.12.28 / 14:21
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla