İntihar edən gənc ifaçı
Elvin Ordubadlı ilə bağlı video-çarx paylaşılıb.
Axar.az-ın məlumatına görə, onun Feysbuk səhifəsində paylaşılan
süjet Alfa TV tərəfindən hazırlanıb.
Həmin kadrlarda Elvinin karyerası, əldə etdiyi uğurlar,
ölümündən sonra anasının, yaxınlarının çıxışı, dəfn mərasimindən
görüntülər yer alıb.
Anasının sözlərinə görə, övladını intihar etdiyi gecə evə
gələndə tanımayıb:
"Balamın o gecə içkisinə nə elədilər bilmədim. Həmin gün evə
gələndə gec idi, içmişdi. Amma qapıdan girəndə gözləri
böyümüşdü.
Balamı tanımadım. Bir anın içində özünü atdı getdi. Fağır balam
idi. Heç kəsə də borcu yox idi ki, özünü öldürsün. Onun məndən
gizli sirri olmazdı. Əgər borcu olsaydı, mənə deyərdi və qoymazdım
ki, kiməsə borcu qalsın".
Mərhumun valideyni deyib ki, intihar etdiyi gün dostu Fəridin ad
günündən qayıdıb:
"Dedi ki, ana, yeyib-içməkdəyəm, bir az gec gələcəm. Kim nə
düşmənçilik etdisə, orda etdilər. Evə girəndə tanımadım. Mətbəxin
qapısından necə getdisə quş kimi uçdu. Dalınca qaçdım, əl atdım
çata bilmədim. O gecə içkisinə nə qatdılarsa, bax belə oldu".
Qeyd edək ki, gənc müğənni "Azərbaycanın səsi" musiqi
yarışmasının qalibi olub. Bundan başqa, müğənni 2014-cü ildə
"Türkviziya" musiqi yarışmasında Elza Seyidcahanın bəstələdiyi
"Divlərin yalnızlığı" mahnısı ilə Azərbaycanı təmsil edib. O,
1989-cu il noyabrın 1-də Naxçıvanda anadan olub. İki övladı
var.