Yuxarı

“Bağırov mənimlə bağlı göstəriş vermişdi...” - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bağırov mənimlə bağlı göstəriş vermişdi...” - Video

Bu gün şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın doğum günüdür.

Axar.az xatırladır ki, Şəfiqə xanım Axundova 1924-cü ildə Şəkidə anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəylidən dərs alan bəstəkar 1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə (B.Zeydmanın sinfini) bitirib.

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Onun bəstələdiyi mahnıları Flora Kərimova ("Həyat sən nə şirinsən"), Rübabə Muradova ("Nədən oldu"), Elmira Rəhimova ("Sənin nəğmən"), Şövkət Ələkbərova ("Şəki") kimi unudulmaz sənətçilərimiz ifa edib.

Şəfiqə xanımın müəllimi dahi bəstəkarımız Üzeyir Hacıbəyli olub. O, dahi bəstəkarımız haqda xatirələrini bölüşərkən bunları deyib:

"Mən onun sinfində müharibə vaxtı oxumuşam. Ağır dövr idi, xalq yoxsulluq içində yaşayırdı. Qırmızıyanaq qız idim. Şəkili qızı. Bir gün sinfə gəldim, Üzeyir bəy dedi: "Şəkili qızı, rəngin xoşuma gəlmir. Bu gün yemək yeməmisən?" Utandım, dedim: "Üzeyir müəllim, olur da, adam cürbəcür vaxtlarda cürbəcür rəngdə, halda olur..." Başqa nə deyərdim? Yaxşı yadımdadır, Tosya adlı qapıçısı var idi, zəngi basdı, dedi: "Tosya, mənə ayrılan buterbrodu gətir". O vaxt da yağ, çörək bol deyildi axı. Buterbrodu iki yerə böldü. Üst qatını özü yedi, altın da mənə uzadanda yenə utandım. Dedi, utanma, yeməsən, mən sənə dərs keçməyəcəm. Məni o yol ilə sinifdə yedirtdi, sonra dərsə başladıq. Üzeyir bəylə belə hadisələr çox olub. Pul ilə də mənə kömək edərdi. Pulu stolun üstünə qoyub, deyirdi götür. Utanırdım ki, ay Üzeyir müəllim, vallah yox, lazım deyil, istəmirəm. Deyirdi, qələt eləyirsən. Onda dur ayağa, get evə. Artıq sənə dərs deməyəcəm. Sənin nə ixtiyarın var mənim verdiyim pulu götürməyəsən? Götürürdüm..."

Deyilənə görə, Mircəfər Bağırov da Şəfiqə Axundovanın sənətinə heyranlıq duyurmuş. Bu haqda xalq artisti özü də danışmışdı:

"Mircəfər Bağırovu şəxsən görmüşəm. O, mənim sənətimə çox dəyər verirdi. Üzeyir bəy həmişə məndən ona xoş sözlər deyirdi. Bağırov özü də mahnılarımı dinləyirdi. Əlbəttə, dövr, zəmanə çox pis idi. Əgər dayaq olmasaydı, mən bugünkü səviyyəyə çatmazdım.

M.C.Bağırovun ədəbiyyata, incəsənətə də münasibəti çox yaxşı idi. Özü də çox səmimi, qayğıkeş adam idi. Mən Konservatoriyada oxuyurdum, orada təqaüdü az verirdilər. Bağırov göstəriş vermişdi ki, təqaüdümü artırsınlar".

Qeyd edək ki, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülən və 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif edilən böyük sənətkar Şəfiqə xanım Axundova 26 iyul 2013-cü ildə Bakıda vəfat edib.

Tarix
2016.01.21 / 14:08
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Azərbaycanda "Türk Dünyası Həftəsi" başladı

Rəsmi Bakıdan İsrailə reaksiya: Qəbuledilməzdir!

Bakıya kömək edənlərin “erməni soyqırımı” addımı... - Xaçikyan

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla