Yuxarı

Azərbaycanlı Türkiyədə qalmaqal yaratdı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı Türkiyədə qalmaqal yaratdı - Video

"O Səs Türkiyə"də azərbaycanlı ifaçının məğlub olması sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

ANS-in məlumatına görə, Murat Bozun komandasında olan azərbaycanlı iştirakçı Leyla Rəhimova növbəti mərhələyə keçmək üçün Gökhan-Hakan Özoğuzların komandasından olan Yusif Yüksəklə təkbətək qarşılaşıb.

Leyla Rəhimova Türkiyənin əfsanəsi hesab edilən mərhum Müslüm Gursəsin repertuarından "Vazkeçməm" mahnısını ifa edib. Yusif Yüksək isə Halil Sezainin "Üsyan" mahnısını ifa edib.

Münsiflər heyəti Leylanı bəyənsə də, zaldakı tamaşaçılar Yusif Yüksəki seçib. Beləliklə, həmyerlimiz müsabiqədə mübarizəsini dayandırıb.

Sosial şəbəkə istifadəçiləri Leyla və Yusifin arasındakı səsvermədə qərəzli mövqeyin olduğunu bildiriblər. Onlar "Yusif yaxşı oxudu, amma Leyla daha çox layiq idi, haqsızlıq edildi" yazıblar.

"O səs Türkiyə"nin münsif kürsüsündə Muradla yanaşı müğənnilər Əbru Gündeş, Hadisə, Hakan və Gökhan Özoğuz qardaşları əyləşib.

Bir neçə gün əvvəl Leyla Rəhimova Sinan Erkəklə birgə duet səsləndirib. Musiqiçilər Dəniz Sekinin repertuarından "Ədalətsiz seçim" mahnısını ifa ediblər.

Duetdən sonra münsif kürsüsündə əyləşən Murad Boz hər iki ifaçını tərifləyib. Lakin ulduz müğənni azərbaycanlı ifaçı Leyla Rəhimovanı seçib.

Tarix
2016.01.30 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla