Yuxarı

Fransanı heyran qoyan Araz: “Qaçmamışam…” - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransanı heyran qoyan Araz: “Qaçmamışam…” - Video

Həmin çıxışımdan sonra fransızlar zəng edərək, mənimlə maraqlanırdılar.

Axar.az xəbər verir ki, bu sözləri "Fransanın səsi" şousunda uğurla çıxış edən azərbaycanlı iştirakçı Araz Hümbətli AzVision.az-a müsahibəsində deyib.

25 yaşlı ifaçının sözlərinə görə, Fransada Azərbaycana, onun musiqisinə böyük maraq var:

"Heç vaxt gözləməzdim ki, səhnədəki çıxışım rezonans doğuracaq. Bu mənim üçün sürpriz oldu. Sözün açığı, səhnədə çox rahat idim. Qorxu, stress yox idi. Ən böyük arzum Azərbaycan musiqisini, mədəniyyətini Fransada layiqincə təmsil etməkdir. Bunun üçün əlimdən gələni edirəm. Həmin çıxışımdan sonra fransızlar zəng edərək, mənimlə maraqlanırdılar. Düşümürəm ki, az da olsa, ölkəmi Fransada tanıda bildim. Ümumiyyətlə, fransızlar mənə çox isti və səmimi münasibət bəsləyirlər. Onlar yeniliyə açıq millətdirlər. Mən bu yarışmaya qatılmamışadan öncə də Fransada çoxlu festivallarda iştirak etmişəm. Bu ölkədə dəfələrlə Azərbaycanın milli geyimində mahnılarımızı ifa etmişəm. Fransa radiosunda da çıxışlarım olub. İfa etdiyim "İrəvanda xal qalmadı" mahnısı fransızların xoşuna gəlirdi. Mən Fransa üçün bir yeniliyəm. Məndən əvvəl heç kim belə bir səslə, performasla səhnədə ifa etməyib".

Pop-estrada janrında Azərbaycanda tanınmadığını etiraf edən sənətçi ölkədən gedişini belə izah edib:

"Araz Azərbaycanda da sadə insan idi, burada da. Fransaya köçməyim həyatımda bir sıra dəyişikliklərə səbəb olsa da, daxilən dəyişilməmişəm. Burada da Azərbaycanda olduğu kimi həyatımı yaşayıram. Ola bilər musiqi zövqüm müəyyən qədər dəyişə bilər. Harada yaşamağımdan aslı olmayaraq, ürəyim Azərbaycanla döyünür və döyünəcək. Hamı bilsin ki, mən Azərbaycandan qaçmamışam. Hazırda Fransada yaşayıram. Qismət olsa, Bakını görmək istəyirəm".

Araz Hümbətli qeyd edib ki, Fransada yaşayan ermənilər azərbaycanlıların uğurunu həzm edə bilmir:

"Burada 5 milyona yaxın erməni yaşayır. Onlar bir azərbaycanılının qazandığı uğurun bütün Fransa mətbuatında, televiziysında nümayiş etdirilməsi ilə heç də razılaşmırlar. Ermənilər buna görə çox narahat olurlar, xoşlarına gəlmir. Onlar mənə paxıllıq edirlər. Ermənilərin nə düşündüyü məni maraqlandırmır. Öz beynimi, ruhumu yalnız musiqi ilə, sevgi ilə doldurmaq istəyirəm.

Təəssüf ki, ermənilərlə yanaşı bəzi soydaşlarımız da internetdə məni pisləyirlər. Onlar mənim ifa tərzimi ələ salırlar. Bunlar mənim üçün maraqlı deyil. Dəstək vermirsinizsə, xahiş edirəm, heç olmasa pisləməyin. Çünki bu musiqi yarışmasına bütün dünya baxır. Öz yerlilərim məni pisləsələr, heç vaxt qalib gələ bilmərik. Biz bir olmalıyıq. Əlbəttə ki, hər kəs bir-birini bəyənə bilməz. Ancaq pis şərhlər də yazmaq lazım deyil. Ermənilər həmin şərhlərə baxıb gülürlər. Hər şeydən öncə biz özmüzü sevməliyik. Ondan sonra başqalarını sevə bilərik. Həmişə azərbaycanlı olmağımla fəxr edirəm".

Tarix
2016.02.12 / 10:37
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla