Yuxarı

İttifaqdan cəbhə xətti ilə bağlı - Bəyanat

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
İttifaqdan cəbhə xətti ilə bağlı - Bəyanat

Azərbaycan bəstəkarları və musiqişünasları əsgərlərimizin Qarabağ cəbhəsində qazandıqları qələbələr haqqındakı sevinc dolu xəbərləri böyük ruh yüksəkliyi ilə qarşıladılar. Erməni işğalçılarına layiq olduqları cavabı verməklə Azərbaycan ordusu yüksək əhval ruhiyyədə olduğunu və öz doğma yurduna sevgisini bir daha sübut elədi.

Axar.az xəbər verir ki, bu sözlər Azərbaycan Bəstəkarlar İttifaqının cəbhədəki uğurlarımızla bağlı yaydığı bəyanatdandır. Bəyanatda bəstəkarlarımızın daim vətənpərvər mahnılarla, marşlarla xalqımıza vətənə sevgi aşıladıqları diqqətə çatdırılıb:

"Ən çətin illərdə Azərbaycan bəstəkarları öz yaradıcılıqlarına bir an belə olsa fasilə verməyərək, xalqımızın cəsarətini və vətənpərvərlik duyğularını tərənnüm edən əsərlər yaradıblar. Bəstəkarlarımızın yaradıcılığında Qarabağ hadisələrinə həsr olunan operalardan, simfoniyalardan, oratoriyalardan, kantatalardan tutmuş, mahnılara və hərbi marşlara qədər müxtəlif janrlara aid əsərlərə rast gəlmək olar.

Vasif Adıgözəlovun "Natəvan", Firəngiz Əlizadənin "İntizar" operalarını, Ramiz Mustafayev, Oqtay Rəcəbov, Azər Dadaşovun oratoriya və kantataları, Azər Rzayev, Tofiq Bakıxanov, Cəlal Abbasov, Sərdar Fərəcovun simfoniya və simfonik poemaları, o cümlədən Tahir Əkbər, Yaşar İmanov, Azər Dadaşov, Eldar Mənsurov, Sərdar Fərəcov, Azad Zahid, Elza Seyidcahanın bəstələdiyi mahnılar və hərbi marşları buna misal olaraq göstərmək olar.

Azərbaycan bəstəkarları və musiqişünasları həmişə xalqın və ölkə rəhbərliyinin yanında olmağı özünün müqəddəs borcu olduğunu hesab edir və bəyan edir ki, istənilən vaxt istənilən çağırışlara Azərbaycan xalqının humanistliyini və vətənpərvərliyini tərənnüm edən yaradıcılıq nümunələri ilə cavab verməyə hazırdır".

Tarix
2016.04.06 / 18:04
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib - Prezident

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

İlham Əliyev Xocalıda hərbçilər üçün tikilən evlərlə tanış oldu

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla