Yuxarı

Trampdan Kamçatkadakı zəlzələyə reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampdan Kamçatkadakı zəlzələyə reaksiya

Sakit okeanda baş verən güclü zəlzələ səbəbindən Havay adalarının sakinləri üçün sunami xəbərdarlığı qüvvədədir.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp Alyaska və ABŞ-ın Sakit okean sahilləri üçün də sunami xəbərdarlığının qüvvədə olduğunu qeyd edib, bununla yanaşı, Yaponiyanın da təhlükə altında olduğunu vurğulayıb.

ABŞ Sunami Xəbərdarlıq Mərkəzi isə xəbərdarlıq edib ki, Sakit Okeanda baş verən güclü zəlzələ səbəbindən hündürlüyü 3 metrdən yuxarı olan sunami dalğaları hətta Cənubi Amerikaya, Ekvador və Çili sahillərinə çata bilər.

Qeyd olunub ki, Yaponiya və Havayda səlahiyyətli qurumlar insanların sahilyanı bölgələrdən yüksəklikdə yerləşən ərazilərə təcili təxliyə edilməsinin vacibliyini elan edib. Xüsusilə, 2011-ci ilin martında baş vermiş dağıdıcı sunami zamanı ciddi zədələnmiş Yaponiyanın “Fukusima” Atom Elektrik Stansiyasının şəxsi heyəti təxliyə edilib.

Qeyd edək ki, Rusiyanın Kamçatka sahillərində güclü 8,7 maqnitudalı zəlzələ baş verib.

Tarix
2025.07.30 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Peru konsulluq məsləhətləşmələri keçirdi

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla