Yuxarı

Görüşün pərdəarxası: Putin Lukaşenkonun istədiyini vermədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Görüşün pərdəarxası: Putin Lukaşenkonun istədiyini vermədi

Belarus Prezidenti Aleksandr Lukaşenko Valaamdakı görüşdə Rusiya Prezidenti Vladimir Putindən milyard dollarlıq kredit istəyib.

Axar.az xəbər verir ki, bu barədə “İnsayder” nəşri mənbələrə istinadla məlumat yayıb.

“Putin Lukaşenkonun qarşısında Belarusun İttifaq Dövləti daxilində, ilk növbədə, hərbi və iqtisadi sahədə daha dərin inteqrasiyası məsələsini qaldırmağa çalışıb. Lukaşenko da Putinə bununla razılaşdığını deyib və bildirib ki, amma bundan öncə Belarusda həyat səviyyəsi yüksəldilməli, sonra isə daha geniş inteqrasiya proseslərinə keçilməlidir”, - mənbə bildirib.

Məlumata görə, danışıqlar zamanı Lukaşenko həmişəki kimi Putindən Belarus dövlət büdcəsi üçün yeni kreditlər istəyib:

“Çox güman ki, Lukaşenko Putinin uzun müzakirələr əhval-ruhiyyəsində olmadığını anlayıb və ümid edib ki, Rusiya lideri uzun müzakirələr aparmadan ona əlavə maliyyə ayırmağa razı olacaq. Lakin Vladimir Vladimiroviç açıq şəkildə bildirdi ki, hər hansı pul ayırmazdan əvvəl Baş nazir Mixail Mişustinlə məsləhətləşmək lazımdır. Söhbət bununla da bitdi”.

Tarix
2025.08.04 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla