Yuxarı

Ağ Evdə “hunlara qarşı istehkam”... – Trampın xoşuna gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evdə ABŞ prezidenti ilə avropalı liderlər arasındakı qapalı görüşdə Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynanın Kramatorsk və Slavyansk şəhərlərini “hunlara qarşı istehkam” adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

“Bu ifadə Trampda xoş təəssürat yaradıb. Görüşdən sonra Almaniya kansleri Fridrix Merz də jurnalistlərə deyib ki, Rusiyanın Ukraynanın Donbasın bir hissəsindən imtina etməsi tələbi ABŞ-dan Floridadan imtina etməsi ilə müqayisə oluna bilər”, - nəşr bildirib.

Qeyd edək ki, “hunlara qarşı istehkam” ifadəsi uzaq tarixi köklərə malikdir, irəliləyən düşmən qüvvələri üçün işlədilən metaforadır. Eramızın 5-ci əsrində Qərbi Roma imperiyası qoşunlarının Atilla ilə vuruşduğu Katalaun çölündəki döyüşlə bağlıdır.

Tarix
2025.08.19 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq

İlham Əliyev Cared Koheni qəbul etdi

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Konspirasiya nəzəriyyələri iflasa uğradı - Paşinyan

Prezident bu ölkənin səfirini də qəbul etdi

İlham Əliyev İsrailin yeni səfrini qəbul etdi - Foto

Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...

SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba

Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla