Yuxarı

ABŞ icazə vermir, yoxsa Ukrayna Rusiyanı vurardı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon artıq bir neçə aydır ki, Ukraynanın uzaq mənzilli raketlərdən istifadə edərək Rusiya ərazisinə zərbələr endirməsini bloklayır və bununla da Kiyevin Moskvanın işğalına qarşı mübarizədə güclü silahlardan istifadə imkanlarını məhdudlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” amerikalı rəsmilərin sözlərinə istinadən yazıb.

Bildirilir ki, ABŞ Müdafiə Nazirliyində hələ ictimaiyyətə açıqlanmayan yüksək səviyyəli təsdiqləmə proseduru Ukraynanın yazın sonlarından bəri Amerika istehsalı olan uzaq mənzilli taktiki raket komplekslərini (ATACMS) Rusiya ərazisindəki hədəflərə qarşı işə salmasına imkan vermir.

Qeyd olunur ki, Ukrayna ən azı bir dəfə ATACMS raketlərindən Rusiya ərazisindəki hədəfə qarşı istifadə etməyə cəhd göstərib, lakin rədd cavabı alıb.

Nəşr yazır ki, Pentaqon hücumlara icazə verməkdən imtina edib, çünki Ağ Ev Moskvanı sülh danışıqlarına başlamağa inandırmağa çalışırdı.

Vacib məqam odur ki, belə zərbələrə icazə vermək yalnız şəxsən müdafiə naziri Pit Heqsetin səlahiyyətindədir. Bu, həm ATACMS raketlərinə, həm də ABŞ-dan hədəf üzrə nişan alma məlumatı alan Britaniya-Fransa istehsalı “Storm Shadow” qanadlı raketlərinə aiddir.

Tarix
2025.08.24 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Həştərxan qubernatoru Mehriban Əliyevanı təbrik etdi

Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik etdi

İlham Əliyev Vladimir Zelenskini təbrik etdi

Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu

İlham Əliyevin təşəbbüsləri Asiya ölkələrində... – Səfir

Paşinyandan Qarabağla bağlı üç etiraf...

Bayramov Lavrovla danışdı: Həştərxandakı iclas...

İrəvanı Moskva asılılığından Bakı xilas edəcək - Sekuta

Azərbaycan və Suriya arasında görüş: Təhlükəsizlik...

Müharibə vaxtı Azərbaycanın İsrailə yardım etməsi... - İran

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla