
Azərbaycan XİN Uruqvayı təbrik etdi
16:14
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ölkə daxilində və ya müsəlmanlar arasında birliyi pozacaq hər bir söz əslində İsrailə və ABŞ-a xidmət edir.
Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian ölkə nazirləri ilə birlikdə keçirilən iclasda deyib.
“Qonşularımız bizim qardaşlarımızdır. Sərhədlər coğrafi bir gerçəklikdir, lakin dini, tarixi və mədəni bağlarımız bizi bir-birimizə sıx şəkildə bağlayıb”, - Pezeşkian bildirib.
Bundan əlavə, Pezeşkian iclas zamanı daxili birliklərini vurğulayaraq qeyd edib ki, biz və xalqımız bir-birimizə sıx bağlanmalıyıq:
“Ağıl və biliklə hərəkət etsək, bütün problemləri həll edə bilərik. Bizi düşmən hücumlarından birlik və bütünlük qoruyacaq. Fərqliliklərimizi bir kənara qoymalı və qarşıdurmadan uzaq durmalıyıq”.
Tarix
2025.08.25 / 13:05
|
Müəllif
Ləman Cavadova
|