Yuxarı

Şıxlinski toyuq hininə bənzəyən kamerada saxlanılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şıxlinski toyuq hininə bənzəyən kamerada saxlanılır

Rusiyanın Sverdlovsk vilayətində saxlanılan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski hazırda Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib. O, yanında bir məhbusun da olmasını xahiş edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə onunla görüşən Regional İctimai Nəzarət Komissiyasının sədri Vladimir Popov məlumat verib.

"Şıxlinski ölçüsünə görə sanki toyuq hininə bənzəyən təkadamlıq kamerada saxlanılır. Kamera təmir olunub və normalara uyğundur, amma belə iri cüssəli insan üçün çox kiçikdir. O, sıxıntılı şəraitdədir", - deyə Popov Azərbaycan diasporunun liderinin vəziyyətini şərh edib.

Onun sözlərinə görə, Şıxlinski heç bir narazılıq bildirməyib, əksinə, təcridxana əməkdaşlarının ona qarşı korrekt münasibətini xüsusi vurğulayıb. Həm məişət şəraiti, həm də yeməkdən razıdır. Əsas problem isə həbsxana şəraitində ciddi şəkildə pisləşmiş səhhətidir.

"O, yaşlı və xəstə bir insandır, hesab edir ki, heç bir qanunsuz iş görməyib, sadəcə vəziyyətin qurbanı olub. Onun elə bir xəstəliyi var ki, hər an təcili tibbi yardım lazım ola bilər. Arzuolunandır ki, Şıxlinskinin kamerası təkadamlıq olmasın və yanında bir məhbus da olsun ki, lazım gəldikdə həyəcan qaldırıb həkimləri çağırsın", - deyə Popov izah edib.

Komissiya üzvləri vəziyyət barədə Sverdlovsk vilayətinin ombudsmanı Tatyana Merzlyakovaya məlumat veriblər. Hüquq müdafiəçiləri bu problemi Penitensiar Xidmətin rəhbərliyinə də çatdıracaqlar.

Qeyd edək ki, Şahin Şıxlinski avqustun əvvəlində Moskvada saxlanılıb. Qeyri-rəsmi məlumata görə, o, guya Azərbaycan səfirliyində gizlənirmiş. İlkin məlumata əsasən, ona qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb. Şıxlinski isə özünü təqsirli saymadığını bildirir.

Tarix
2025.08.25 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla