
Yeni Ukrayna xəritəsi peyda oldu: Odessa və Nikolayev...
20:40
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Çinin Tiencin şəhərində Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tərəflər "Ritz-Karlton" otelində bir araya gəliblər.
Putin bildirib ki, Rusiya və İran beynəlxalq gündəmin müxtəlif aspektləri, o cümlədən İranın nüvə proqramı üzrə daimi təmasdadır.
Pezeşkian isə əmin edib ki, Tehran və Moskva arasında sazişlərin və Aİİ ilə azad ticarət zonası haqqında sazişin həyata keçirilməsinə maneələrin aradan qaldırılması üçün şəxsən bütün səylərini əsirgəməyəcək.
Tarix
2025.09.01 / 18:37
|
Müəllif
Axar.az
|