Yuxarı

Sərxoş kişi qonşusunun evini yandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərxoş kişi qonşusunun evini yandırdı

Biləsuvarda sərxoş kişi qonşusunun evini yandırıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində baş verib.

Rusiyada yaşayan kənd sakini Rəşad Məmmədov evlənmək üçün Azərbaycana gəlib. Bir neçə gündən sonra o, küçədə olarkən qonşusu Vəli Əsədovun (ad və soyad şərtidir) başqa bir şəxslə mübahisə etdiyini görüb. O, Vəlini həmin şəxsdən ayıraraq söyüb evinə yola salıb.

Hadisədən təxminən 6 ay sonra Rəşad özünə toy edib və toydan 3 gün sonra Rusiyaya getmək qərarı verib. O, buna görə özü və həyat yoldaşının əşyalarını yığaraq səhər yola düşməyə hazırlaşıb.

Həmin gün axşam saatlarında kənddəki mağazadan bir şüşə araq alan Vəli evində həmin spirtli içkini qəbul etdikdən sonra Rəşadın onu söyməsi hadisəsi yadına düşüb və ondan qisas almaq qərarına gəlib. Bu məqsədlə o, kənd ərazisində yanacaq satan şəxsdən bir litr benzin alaraq evinə gəlib. Gecə saat bir radələrində o, benzini götürərək qonşusunun həyətinə keçib. Ev sahiblərinin yatdığını görən Vəli əlindəki benzini evin giriş hissəsində olan xalça və pərdələrə tökərək, mənzilə od vurub və hadisə yerindən qaçıb.

Bu vaxt evin balkonunda yatan Rəşadın anası mənzilin alovlandığını görüb oğlanları Rəşad və Rəşidi köməyə çağırıb. Hadisə vaxtı qorxudan qadının ürəyi gedib. Səsə oyanan qardaşlar mənzildəki yanğını çətinliklə də olsa, qismən söndürüblər. Hadisə nəticəsində evə 20 min manatdan artıq ziyan dəyib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən V.Əsədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə V.Əsədov 3 il 6 ay azadlıqdan məhrum edilib.

Tarix
2025.09.01 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla