Yuxarı

Banka borcu olanların diqqətinə: Bu halda məbləğ silinir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda tez-tez müzakirə olunan mövzulardan biri də vəfat edən şəxslərin kredit borcunun taleyidir. Çox vaxt mərhumun yaxınları borcun kim tərəfindən ödəniləcəyini və bankın hansı addımlar atacağını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu məsələ kredit müqaviləsinin şərtlərindən, həmçinin borcalananın həyat sığortasının olub-olmamasından asılı olaraq fərqli formada həll olunur. Bundan əlavə, kreditin sığortalanması praktikada tətbiq edilən hallar sırasındadır.

Belə hallarda isə əsas sual ortaya çıxır: Vəfat edən şəxsin kreditini kim ödəyir?

Axar.az-ın məlumatına görə, məsələ ilə bağlı Nyus24.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, kredit götürən şəxsin borcunun taleyi əsasən onun həyat sığortasının olub-olmamasından və vərəsəlik məsələlərindən asılıdır:

“Ümumiyyətlə, kredit alan şəxs könüllü şəkildə həyat sığortası etdirə bilər. Bu, tamamilə şəxsin öz seçimidir. Lakin bəzi banklar, xüsusilə iri məbləğli kreditlər təqdim edərkən, müştərinin həyatının sığortalanmasını mütləq şərt kimi qoyurlar. Bu halda kredit alan şəxs vəfat edərsə, borcu sığorta şirkəti ödəyir və varislərə heç bir məsuliyyət düşmür”.

Hüquqşünasın sözlərinə görə, əgər kredit alan şəxsin həyatı sığortalanmayıbsa, məsuliyyət vərəsələrin üzərinə keçir:

“Vərəsələr yalnız mərhumdan onlara miras əmlakı qaldığı halda borca cavabdeh olurlar. Yəni vəfat edən şəxs ev, torpaq, avtomobil və ya digər əmlak qoyubsa, həmin əmlakı qəbul edən varislər borcu da öz üzərlərinə götürmüş hesab edilirlər. Bu məsuliyyət varislər arasında mirasdakı paylarına uyğun şəkildə bölünür. Məsələn, üç vərəsə varsa və hər biri mirasın üçdə birini qəbul edibsə, onda borcun da üçdə birini ödəməlidirlər”.

Ramil Süleymanov əlavə edib ki, əgər mərhumun heç bir mirası və ya varisi yoxdursa, bankın borcu tələb etmək imkanı qalmır:

“Əgər şəxsin vərəsəsi yoxdursa və ya miras qoymayıbsa, bu halda kredit faktiki olaraq ödənilməmiş qalır. Bank isə bu cür halları ‘ümidsiz kredit’ kimi dəyərləndirir və sonradan həmin borcu silməli olur”.

Tarix
2025.09.05 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Misirin yeni səfiri Azərbaycana gəldi

Zakir Həsənov Vyetnamın baş naziri ilə görüşdü - Foto

İsraillə Azərbaycan arasında yüksək səviyyəli görüşlər olacaq

Azərbaycan XİN Portuqaliyaya başsağlığı verdi

Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir

Xocalıda talanlar bu tarixədək davam edib - Babayan

Putin Azərbaycanla bağlı ilk dəfə bunu etiraf etdi

Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya

Əliyev əllərini təcili dezinfeksiya etməlidir - Nevzorov

Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla