Yuxarı

Bu gölə çirkab su axıdanlar cərimələnəcək – 1000 AZN

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masazır gölünə qanunsuz tullantı axıdanlara qarşı tədbirlər gücləndirilir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıqlayıb.

Qeyd olunub ki, Masazır gölü ətrafında xeyli sayda əhali qeyri-qanuni şəkildə məskunlaşıb:

"Həmin ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Bununla belə, gölə çirkab sularının axıdılmasının qarşısını almaq məqsədilə göl ətrafında iki nasos stansiyası qurulub. Bu stansiyalar vasitəsilə tullantı suları Novxanı kollektoruna, oradan isə Sumqayıt Tullantı Sutəmizləyici Qurğularına yönləndirilir".

Agentlik bildirib ki, hazırda müşahidə olunan çirkab su axıntısı Masazır gölündən aralı və səviyyəcə hündürdə yerləşən digər təbii göldən gəlir. Həmin gölün ətrafında da qanunsuz məskunlaşan əhali çirkab sularını birbaşa gölə axıdır. Nəticədə su səviyyəsi qalxır və axıntılar Masazır gölünə tökülür. Mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı olmayan əhali tullantı sularının idarə olunmasında alternativ və təhlükəsiz üsullardan istifadə etməli, qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Vurğulanıb ki, "Su təchizatı və tullantı suları haqqında" Qanunu, həmçinin Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, tullantı suların idarə olunması sanitariya, gigiyena və ekoloji normalara uyğun şəkildə həyata keçirilməlidir.

Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrindəki tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır.

Quyu dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir. Əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarının qarşısını almaq üçün ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müntəzəm olaraq reydlər keçirir və qanuna əməl etməyənlər barədə qanunauyğun şəkildə tədbir görürlər.

Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Tarix
2025.09.09 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev ABŞ-da: 907-ci düzəliş ləğv edilməlidir!

Rəsmi Bakı Qətərə hücumdan narahatdır

Azərbaycan və AB arasında əməkdaşlıq müzakirə olundu

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Milli Məclisin xüsusi iclası başa çatdı

Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır

Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?

Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla