Yuxarı

Tramp “zamanımızın Hitler”i şüarı ilə qarşılandı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp “zamanımızın Hitler”i şüarı ilə qarşılandı - Video

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda yerləşən dəniz məhsulları restoranına gələn zaman Fələstin tərəfdarlarının etiraz aksiyası ilə üzləşib. Etirazçılar onu “Zamanımızın Hitler”i adlandırıblar.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” nəşri yazıb.

Bildirlir ki, hadisə Ağ Ev yaxınlığında baş verib. Tramp limuzindən düşərkən fələstinli aktivistlərin və federal cinayətkarlığa qarşı tədbirlərin əleyhdarlarının etiraz səsləri yüksəlib. Prezident isə jurnalistlərə açıqlamasında Vaşinqtonun əvvəlki illərlə müqayisədə indi daha təhlükəsiz olduğunu bildirib.

Tramp restorana daxil olaraq ziyarətçilərlə salamlaşdığı vaxt etirazçılar Fələstin bayraqları qaldıraraq, “Vaşinqtona azadlıq! Fələstinə azadlıq! Tramp – zamanımızın Hitleridir!” şüarlarını səsləndiriblər.

Məlumata görə, həmin axşam yeməkdə Trampın yanında vitse-prezident Cey Di Vens, Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Ağ Evin aparat rəhbəri Syuzi Uaylz da olub. Etirazçılar isə qısa müddət sonra restoranın qarşısından uzaqlaşdırılıblar.

Tarix
2025.09.10 / 14:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Hacıyev "AnewZ"un Şəki barədə hazırladığı filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm

Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

İrana gedən azərbaycanlıların sayında artım - Müəmma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla