Yuxarı

Rusiyanın Polşaya hücumu: Yeni mərhələ başlayır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Polşa üzərində dron hücumları regionda gərginliyi daha da artırır və NATO-nun Şərqi Avropa ölkələrində müdafiə öhdəliyini yenidən gündəmə gətirir.

Axar.az xəbər verir ki, bunu Polşanın keçmiş prezidenti Andjey Duda Rusiya pilotsuz təyyarələrinin 10 sentyabrda ölkəsinin hava məkanını pozmasına münasibət bildirərkən deyib.

“Bu ya Rusiya tərəfindən keçirilən “Qərb-2025” təlimlərinin bir hissəsi olaraq müdafiə sistemlərinin sınağıdır, ya da 2021-ci ildən davam edən hibrid hücumların yeni mərhələsidir", - o bildirib.

ABŞ liderinin bu hadisəyə münasibətinə toxunan Duda qeyd edib ki, bu, Vaşinqtonun hərbi reaksiyadan mümkün qədər yayınmaq istədiyini göstərir və NATO daxilindəki qərarvermə proseslərinə diqqəti artırır:

"Digər liderlərin reaksiyası isə həm regiondakı gərginliyi, həm də qarşıdurmanın çoxsahəli xarakterini əks etdirir: Radoslav Sikorski Rusiyanın ziddiyyətli açıqlamalarını ifşa edir, Vladimir Zelenski hücumların planlı olduğunu bildirir, Donald Tusk isə gələcək hücumlara qarşı sərt cavab veriləcəyini açıqlayır. Bu hadisələr göstərir ki, Şərqi Avropa ölkələri üçün hava məkanı təhlükəsizliyi və hibrid hücumlara qarşı hazırlıq həm regional, həm də beynəlxalq səviyyədə prioritet olmağa davam edir. Polşanın reaksiyası həm NATO-nun vahidliyinin, həm də yerli müdafiə qabiliyyətinin sınağıdır”.

Tarix
2025.09.14 / 10:18
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Türkiyənin bu şəhəri Bakı ilə qardaşlaşır

Rusiya S-400-ləri Türkiyədən geri alır?

Ceyhun Bayramov Qətərə getdi

TDT-nin bayrağı kosmosa göndəriləcək

Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi?

Kelloq Umerovla görüşdü

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?

İstanbulda daha bir bələdiyyə sədri saxlanıldı

Kirk simvola çevriləcək, qarşıdurma artacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla