Yuxarı

Zaxarova Leyenin Rusiya ilə bağlı sözlərinə belə reaksiya verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çinin köməyi ilə Rusiyanı danışıqlar masasına oturmağa təşviq etmək əvəzinə, Londondan Kiyevi münaqişəni sülh yolu ilə həll etməyə çağırmağı xahiş etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında deyib.

“Bəs Ursula, AB-nin aylardır isterik şəkildə tələb etdiyi danışıqlar masasındakı öz yerini kimin vasitəsilə lobbiləşdirir? Xatırladım. Rusiya hələ 2022-ci ilin yazında, Boris Conson Kiyev rejimini masadan uzaqlaşdırana qədər danışıqlar masasında idi. Bəlkə, Ursula Londonla danışsa daha yaxşı olar ki, onlar öz təsirlərindən istifadə edərək Ukraynanı danışıqlar masasına oturmağa təşviq etsinlər? Hərçənd Londonda onu kim dinləyəcək ki”, - diplomat qeyd edib.

Qeyd edək ki, Leyen Çinin baş naziri Li Tsyan ilə görüşdə Pekindən Rusiyanı danışıqlar masasına oturtmaq üçün öz təsirindən istifadə etməyi xahiş etmişdi.

Tarix
2025.09.25 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Maldiv bu şəxsləri vizadan azad etdi

Qərb limanlarına kiberhücumla bağlı bir nəfər saxlanıldı

AzTV-dən Adnanla bağlı şok süjet: Silah kimi... - Video

İlham Əliyev Bolqarıstan baş naziri ilə görüşdü

İlham Əliyev Portuqaliya prezidenti ilə görüşdü

İlham Əliyev burada liderlik göstərir - Yıldırım

Sərkisyan Gəncə ilə bağlı bunu etiraf edib - Rubinyan

Tokayevin bu danışığı Rusiyadakı şovinistləri narazı saldı

Tiflisdə azərbaycanlı gənc silahla hədələndi

Adnana məxsus "Rahat" supermarketləri bağlanır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla