Yuxarı

Qərb limanlarına kiberhücumla bağlı bir nəfər saxlanıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb limanlarına kiberhücumla bağlı bir nəfər saxlanıldı

Böyük Britaniyanın Daxili Cinayət Agentliyi (NCA) Londondakı Hitrou və digər iri hava limanlarında uçuşların pozulmasına səbəb olmuş ehtimal olunan kiberhücumla bağlı təxminən 40 yaşında bir şəxsin saxlanıldığını açıqlayıb.

Axar.az xəbər verir ki, şübhəli şəxs Qərbi Sasseksdə saxlanılıb və kompüterdən qanunsuz istifadə aktının pozulmasında ittiham olunub. Daha sonra o, müəyyən şərtlərlə girov müqabilində azadlığa buraxılıb. Hadisə nəticəsində Londonun Hitrou, Brüsselin və Berlinin hava limanlarında minlərlə sərnişin gecikmələrlə üzləşib. Bəzi aviaşirkətlər qeydiyyat və minik əməliyyatlarını əl ilə aparmalı olub.

NCA-nın Milli Kibercinayətkarlıq İdarəsinin rəhbəri, direktor müavini Pol Foster bildirib ki, araşdırma hələ ilkin mərhələdədir.

Hadisənin “Collins Aerospace” şirkətinə qarşı həyata keçirildiyi bildirilir. Şirkət dünyanın müxtəlif hava limanlarında bir sıra aviaşirkətlər üçün qeydiyyat və minik sistemləri təmin edir.

Tarix
2025.09.24 / 23:03
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkmənistana onu göndərir

Bakı-İrəvan münasibətlərində ən etibarlı qarant... - Paşinyan

İlham Əliyev Türkmənistana getmir - Səbəbini açıqladı

Əbədiyaşar Lider!

Qarabağ ermənilərinə demişəm ki, onların qayıdışı... - Paşinyan

İlham Əliyev Keniya prezidentini təbrik etdi

Azərbaycanla İraq arasında viza rejimi sadələşdirilir?

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi

Tiflis Bakıya yox deməyib, ancaq elə qiymət təyin edib ki...

Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla