Yuxarı

İki ölkə Rusiya sərhədində zərbə briqadası yerləşdirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki ölkə Rusiya sərhədində zərbə briqadası yerləşdirir

İsveç və Finlandiya təxminən 4–5 min hərbçidən ibarət yeni zərbə briqadası yaradıb. Briqada Finlandiyanın Laplandiya bölgəsində yerləşdiriləcək.

Axar.az xəbər verir ki, bu barədə “İltalehti” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yeni birləşmənin nüvəsini qış şəraitində döyüş əməliyyatları aparmaqda ixtisaslaşan İsveçin “Norrbotten” mexanikləşdirilmiş briqadası təşkil edəcək. O, beş batalyondan və təminat bölmələrindən ibarətdir.

Mənbələrin sözlərinə görə, briqadanın tərkibinə isveçlilərdən əlavə Norveç və Danimarka hərbçiləri də daxil olacaq ki, bu da onu əsasən Skandinaviya briqadasına çevirəcək. Briqadanın qərargahları Finlandiyanın Rovaniemi və Sodankyla şəhərlərində yerləşəcək.

Bildirilib ki, briqadanın silahları artıq Laplandiyada yerləşdirilib. Xüsusilə, İsveç istehsalı olan “Arçer” özüyeriyən haubitsaları ora gətirilib. Bu, hərbçilərin döyüş hazırlığına daha tez daxil olmasına imkan verəcək.

Nəşrin əlavə etməsinə görə, silahlı münaqişə baş verəcəyi halda, zərbə briqadasını havadan Böyük Britaniyanın “Tayfun” və F-35 qırıcıları, həmçinin “Apaçi” helikopterləri qoruyacaq.

Mənbələrin məlumatına görə, müvafiq operativ plan NATO-nun Avropadakı qoşunlarının komandanı general Aleksey Qrinkeviç tərəfindən təsdiqlənib. Briqadanın təlimlərinin yaxın vaxtlarda Rovyayarvi poliqonunda başlanacağı gözlənilir.

Tarix
2025.09.28 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla