Yuxarı

Rusiya dronları Avropa şəhərlərinə necə uça bilir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya dronları Avropa şəhərlərinə necə uça bilir?

Rusiya Moskvadan birbaşa Norveç, Danimarka və Almaniya kimi NATO ölkələrinin hava məkanına dron göndərə bilməz. Bu səbəbdən üçüncü ölkələrin əraziləri və ya yaxın bölgələr Rusiya üçün tranzit nöqtəsinə çevrilib.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov rus dronlarının Avropa şəhərlərində peyda olmasına aydınlıq gətirərkən deyib.

“Rusiya bəzi ölkələrin ərazisindən NATO ölkələrinin hava məkanında dron uçurtmaq üçün istifadə edir. Bu məqsədlə bəzən gəmilərdən də istifadə olunur. Bəzi ölkələrin bu məsələdə Rusiyaya bilavasitə dəstək verdiyi istisna deyil”, - ekspert bildirib.

O əlavə edib ki, Rusiya həmin dronların mənşəyini gizlətməyə və istehsal izlərini silməyə çalışır:

“Bu prosesdə Çin, İran və Şimali Koreya kimi ölkələr Rusiyaya dəstək verir”.

Qeyd edək ki, son günlər Rusiyaya məxsus PUA-lar Avropa şəhərlərində xüsusilə hava limanlarının fəaliyyətini pozur.

Tarix
2025.10.08 / 08:30
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla