Yuxarı

Gürcüstanda bu cəzalar sərtləşdirilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda bu cəzalar sərtləşdirilir

Gürcüstanda aksiyalar zamanı qanun pozuntularına yol verənlərə və ümumiyyətlə ictimai asayişi pozanlara tətbiq olunan cəzalar sərtləşdiriləcək.

Axar.az xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının parlament çoxluğunun lideri İrakli Kirtsxaliya keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar İnzibati xətalar və Cinayət məcəllələrinə əlavə və dəyişikliklər ediləcək.

Qanunlara edilən dəyişikliklərə görə, aksiyaların və yaxud nümayiş iştirakçısı üzünü maska ilə örtərsə, əlində gözyaşardıcı qaz və ya zəhərləyici maddə olarsa, yolu bağlayıb və yaxud müvəqqəti konstruksiya qurarsa, həmin şəxs 15 sutkalıq, təşkilatçı isə 20 sutkaya qədər inzibati həbs olunacaq.

Layihədə deyilir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmalı olan aksiya və yaxud nümayişdə iştiraka görə 60 sutkaya qədər inzibati həbs nəzərdə tutulacaq. Aksiya zamanı digər şəxslərin həyat və sağlamlığına zərər vurmaq məqsədilə silah, pirotexniki vasitə və yaxud əşyadan istifadə edənlərə qarşı da 60 sutkalıq inzibati həbs cəzası tətbiq olunacaq. Bu cür əməli təkrar törədənlər bir il müddətinə azadlıqdan məhrum ediləcək, üçüncü və sonrakı hər bir oxşar qanunsuz əməl isə iki ilədək müddətə həbslə cəzalandırılacaq.

Kirtsxaliya qeyd edib ki, Cinayət Məcəlləsinə əlavə ediləcək yeni maddə ilə hüquq-mühafizə orqanı əməkdaşını üçüncü dəfə təhqir edən və yaxud onun qanuni tələbinə əməl etməyən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq. Həmin şəxslər bir ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. Eyni halın təkrarlanacağı təqdirdə həbs müddəti iki ilədək artırılacaq.

Tarix
2025.10.14 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı - Herbst

Prezident Omanın Sultanını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla