Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır
02:04
| Ana səhifə Planet |
|
ABŞ Prezidenti Tramp Ağ Evdəki yeni bal zalına öz adını verməyi düşünür.
Axar.az xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.
Bildirilib ki, sahəsi təxminən 90,000 kvadrat olan yeni zalın “Prezident Donald J. Tramp Bal Zalı” adlandırılması planlaşdırılır.
Bu qərar onun administrasiyasının bahalı Şərq Qanadı layihəsi ətrafında yaranan bir neçə günlük müzakirələrdən sonra gündəmə gəlib.
Sözügedən zalın ümumi dəyərinin təxminən 300 milyon dollar təşkil etdiyi deyilir.
Qeyd edək ki, bal zalının tikintisi ilə bağlı Tramp iyul ayında müvafiq sərəncam imzalamış, bir neçə gün öncə isə söküntü işlərinə başlanılmışdı.
|
Tarix
2025.10.25 / 23:15
|
Müəllif
Ləman Cavadova
|