Yuxarı

Fransa iqtisadiyyatı "boğulma" riski ilə üzləşib - Qalo

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa iqtisadiyyatı "boğulma" riski ilə üzləşib - Qalo

Fransa artan dövlət borcu və kredit reytinqinin aşağı salınması səbəbindən daha yüksək faizlə borc almağa məcbur qalır. Buna görə də ölkə iqtisadiyyatı “boğulma” riski ilə üzləşə bilər.

Axar.az xəbər verir ki, bunu Fransa Bankının rəhbəri Fransua Vilrua de Qalo “La Croix” qəzetinə müsahibəsində deyib.

“Bütün reytinq agentlikləri siyasi qeyri-sabitlik və ciddi büdcə problemimizdən narahatdırlar. Biz iflasla yox, tədricən boğulma ilə üz-üzəyik. Fransanın zəifləyən iqtisadiyyatı dövlət borcunun faiz dərəcələrinin artması ilə bağlıdır. 2020-ci ildə bu xərclər 30 milyard idisə, onilliyin sonunda rəqəm 100 milyardı keçəcək. Bu vəziyyət həm ailələr, həm də bizneslər üçün faizlərin artmasına səbəb olacaq”, - deyə Qalo bildirib.

O əlavə edib ki, belə iqtisadi çətinliklər Fransanın beynəlxalq nüfuzuna da mənfi təsir göstərir.

Tarix
2025.10.25 / 21:37
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla