Dünyada ən uzun müddətə həbs olunan şəxslər
1972-ci ildə
Palma-de-Mayorkadan olan 20 yaşlı poçtalyon məktubu ünvanına
çatdırmadığı üçün 384 912 il müddətinə azadlıqdan məhrum
edilib.
Aparılan araşdırmalara əsasən,
o 4 mindən artıq məktubu ünvanına çatdırmayıb. Bu nəinki İspaniya
məhkəmə sistemi tarixində, hətta bütün dünyada verilən ən
uzunmüddətli həbs cəzasıdır.
10000 il və əlavə olaraq 2 ömürlük həbs
cəzası
1981-ci ildə həyat yoldaşını amansızlıqla qətlə yetirdiyi üçün
Dadli Veyn Kizer 10 000 il müddətinə azadlıqdan məhrum edilib. Bu
indiki dövrə qədər ABŞ-da verilən ən uzunmüddətli həbs cəzasıdır.
Dadli həmçinin qaynanası və kollec tələbəsini qətlə yetirdiyi üçün
10 000-ə əlavə olaraq hər iki qətl üçün ömürlük həbs cəzasına layiq
görülüb.
28 qat ömürlük həbs cəzası
Florida da Bobbi Co Lonq silsilə qətllər törədən və təcavüzkar
bir şəxs idi. O 28 ömürlük həbs cəzasına layiq görülüb. Səbəb isə
onun 50-dən çox qadına təcavüz etməsi və təxmini bu qadınların
yarısını qətlə yetirməsidir. Bobbi Co X-xromosomunun artıqlığı ilə
doğulmuşdu və buna görə də yetkinlik yaşına çatdıqda onun sinəsi
böyüməyə başladı. Bu onda cinsi narahatlıqlara və ailəsində tez-tez
baş verən mübahisələrə səbəb olub. Beləliklə bütün bunlar onun bir
cinayətkar olmasına səbəb oldu.
25 qat ömürlük həbs cəzası
Kaliforniya ştatında Xuan Korona öz əkin sahəsində işlətdiyi 25
fəhləni qətlə yetirib. Qısa zaman ərzində, daha dəqiq 1 il ərzində
Xuan onun üçün işləyən 25 fəhləni qətlə yetirmiş və onların
qalıqlarını öz fermasında basdırıb. Bu cinayətinə görə o 25 qat
ömürlük həbs cəzasına layiq görülüb.
7109 il
1969-cu ildə iki iranlı şəxs hər biri ayrı-ayrılıqda olmaqla
7109 il azadlıqdan məhrum ediliblər. Onlar şərq qayda-qanunlarına
əsasən mühakimə olunublar və onların törətdikləri cinayət gizli
saxlanılıb. Əsr olaraq hesablasaq onların hər biri 71 əsrlik həbs
cəzasına layiq görülüb.
2 minillik həbs cəzası
Oklahoma ştatında təcavüzdən tutmuş oğurluqla da məşğul olan
Darron Bennalford Anderson 2 minillik müddətinə azadlıqdan məhrum
edilib. Daha sonralar törətdiyi digər cinayətlərə görə də
məsuliyyətə cəlb olunaraq, daha bir neçə minillik həbs qazanmış və
20 minillik müddətinə azadlıqdan məhrum edilib. 1997-ci ildə o
şikayət ərizəsi ilə məhkəməyə müraciət etdi və ona güzəşt edildi.
Bunun nəticəsi olaraq o, 12 844 il sonra azadlığa çıxa
biləcəkdi.
845 il
2000-ci ildə Şalom Vays 2000 il müddətinə azadlıqdan məhrum
edildi. Şalom adi katib idi və təqaüd bazasına daxil olmağın
yollarını bilirdi. O bir çox amerikalı təqaüdçünü qarət edərək
gizlənib. Sonunda federal axtarışa verilərək həbs olundu. Bir
müddətdən sonra o qərara etiraz etdi və 2000 illik həbs cəzası 845
ilə endirildi.
330 il
Q. Şmidt investorlara böyük mənfəət vəd edərək onların hesabına
özü milyonlarla dollarlar qazanıb. İnvestorların pulu ilə o öz
şəxsi borclarını ödəmiş və əxlaq normalarından kənar həyat tərzi
keçirib. Törətdiyi qanunsuzluq səbəbindən o ABŞ həbsxanasında 330
il müddətinə azadlıqdan məhrum edilib. Hal-hazırda o şərti olaraq,
vaxtından əvvəl azad olunmağa ümid edir.
265 il
1996-cı ildə Rayn Brandt və Ceffri Kolli hər birinə ayrılıqda
olmaqla 530 il həbs cəzası alıblar. Onlar qətl, təcavüz, talan və
soyğunluqla məşğul olurdular və onlara hökm oxunduqda çox
təəccübləniblər. Belə ki, onlar təxmini hər qardaşa 40 il cəza
düşünürdülər.
160 il
2001-ci ildə Pittsburqda Kit O’Vud 5 qadına təcavüz etdiyi üçün
160 illik həbsxana həyatına məhkum olunmuşdur. Kit tənha qadınların
evinə girərək öldürməklə hədələyərək onlara təcavüz edirdi. Həmin
insanın Kit olduğunu DNT analizi nəticəsində müəyyən ediblər. O hər
şeyi inkar etsə də, DNT analizi təcavüzkarın məhz o olduğunu 100
faiz təsdiq edib (banker.az).