Yuxarı

Rusiyaya sanksiyalar: Tramp ilk dəfədir ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya sanksiyalar: Tramp ilk dəfədir ki...

Qəribin xüsusilə də ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar müharibə başlayandan bəri ilk dəfədir ki, bu qədər ciddi xarakter alıb. Əvvəllər Demokratlar Partiyası Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmirdi və Moskvanın sanksiyalardan yayınmaq üçün kifayət qədər manevr imkanları var idi. Tramp administrasiyası isə ilk dəfədir ki, həqiqətən də çox sərt sanksiyalar tətbiq edir və bu, Rusiya iqtisadiyyatında ciddi dalğalanmalar yarada bilər. Sanksiyaların əsas məqsədi Rusiyanı danışıqlara məcbur etmək və sərt mövqedən geri çəkilməsinə nail olmaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Qərbin, xüsusilə də ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiya strategiyası haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Tramp administrasiyası əvvəlki dövrlərdən fərqli olaraq Rusiyaya qarşı real təzyiq mexanizmi tətbiq edir və bu metod müəyyən nəticə verə bilər:

“Düşünürəm ki, bu metod müəyyən nəticə verəcək. Əgər ilin sonuna qədər hansısa anlaşma əldə olunarsa, mümkündür ki, “Lukoyl” və “Rosneft”ə sanksiya tətbiq edilməsin. Buna görə də ABŞ sanksiyaların qüvvəyə minmə müddətini daim uzadır”.

Natiq Cəfərli bildirib ki, məhz bu təzyiq səbəbindən hazırda Rusiya neftinin qiyməti kəskin ucuzlaşıb:

“Moskva ciddi endirimlər təklif edir və bu, ən çox Çin və Hindistanın işinə yarayır. Onlar ya ucuz neft alır, ya da ABŞ-a bildirirlər ki, Rusiya neftindən imtina üçün əlavə güzəştlər verilməlidir”.

Ekspert vurğulayıb ki, bütün bunlar Tramp administrasiyasının Rusiyanı danışıqlara sövq etmək və mümkün atəşkəs razılaşmasına nail olmaq üçün həyata keçirdiyi qlobal təzyiq strategiyasının bir hissəsidir.

Tarix
2025.11.18 / 13:05
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İranda yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı - Herbst

Prezident Omanın Sultanını təbrik etdi

Azərbaycan bu platformaya qoşulacaq - Herbst

Bakıda mühüm forum keçirilir

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla