Yuxarı

Səməd Həsənova yüksək vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səməd Həsənova yüksək vəzifə verildi

Səməd Həsənov Özbəkistan Respublikasında yerləşməklə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) üzrə ticarət nümayəndəsi təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, bu ölkələrdə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqində, ölkəmizin qeyri-neft ixracının artırılmasında önəmli rol oynayacaq.

Qeyd edək ki, S. Həsənov 1990-cı ildə anadan olub. 2012-ci ildə ümumi iqtisadiyyat ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini, 2018-ci ildə isə hüquqşünaslıq ixtisası üzrə Belarus Respublikasının Yanka Kupala adına Dövlət Universitetini bitirib.

O, 2015-ci ildə əmək fəaliyyətinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) baş layihə meneceri kimi başlayıb, müxtəlif vəzifələrdə işləyib. 10 avqust 2023-cü ildən AZPROMO-nun İnvestisiyaların təşviqi departamentinin direktoru vəzifəsində işləyib.

Tarix
2025.11.18 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşdü

Zaxarova Azərbaycana təşəkkür etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla