Yuxarı

Göygöldə interaktiv kitab köşkü istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göygöldə interaktiv kitab köşkü istifadəyə verildi

AzerGold QSC-nin təşəbbüsü və təşkilatçılığı ilə Göygöl rayonunda mütaliə imkanlarının genişləndirilməsi məqsədilə müasir formatda interaktiv kitab köşkü quraşdırılıb.

Göygöl şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılan yeni kitab köşkü sakinlərə istənilən vaxt asan, pulsuz və sərbəst şəkildə kitab əldə etmək imkanı yaradır.

Layihənin əsas üstünlüklərindən biri mütaliəni rəqəmsal texnologiyalarla birləşdirən sadə və əlçatan qeydiyyat mexanizmidir. Belə ki, istifadəçi köşkdə yerləşdirilmiş QR kodu smartfonla oxudaraq, elektron qeydiyyatdan keçir və daha sonra geniş seçim imkanı yaradan siyahıdan istədiyi kitabı əldə edə bilir.

Sistem kitab dövriyyəsinin səmərəli idarə edilməsini təmin etmək üçün avtomatik xatırlatma funksiyasına malikdir. Kitab götürüldükdən 15 gün sonra istifadəçiyə SMS bildirişi göndərilir və oxu prosesi başa çatdıqdan sonra kitabın köşkə qaytarılması xahiş olunur. Bundan əlavə, elektron sistem ən çox kitab mütaliə etmiş oxucunu və kitabları vaxtında geri qaytaran istifadəçiləri müəyyənləşdirərək onların reytinqini formalaşdırır.

Bu yanaşma kitabların davamlı istifadəsini təmin edir, daha çox insanın onlardan yararlanmasına şərait yaradır, həmçinin real vaxt rejimində oxucu statistikasının təhlilinə imkan verir. Rüb ərzində ən çox kitab mütaliə etmiş oxuculara Cəmiyyət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq.

Kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı nümunələri, uşaqlar və yeniyetmələr üçün, eləcə də biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibatla çap edilmiş 400-dək yeni kitab təqdim olunur.

AzerGold QSC bu layihə ilə icmaların intellektual inkişafına töhfə verməyi, xüsusən regionlarda oxu mədəniyyətini təşviq etməyi hədəfləyir. Xatırladaq ki, analoji təşəbbüsün ilk nümunəsi ötən il Daşkəsən rayonunun ucqar Quşçu kəndində reallaşdırılıb. “Kitab köşkü” layihəsi dövlət şirkətinin hasilat fəaliyyəti göstərilən bölgələrdə bu günə qədər icra etdiyi “Kitab sovqatı”, “Uşaq kitab dostu” kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamıdır.

Tarix
2025.11.18 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

İranda yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı - Herbst

Prezident Omanın Sultanını təbrik etdi

Azərbaycan bu platformaya qoşulacaq - Herbst

Bakıda mühüm forum keçirilir

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla