Yuxarı

Bu, tarixin ən böyük fırıldağıdır – Zaxarova

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, tarixin ən böyük fırıldağıdır – Zaxarova

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında Kiyevə hərbi yardımla bağlı razılaşmalar müasir tarixin ən böyük fırıldağından başqa bir şey deyil.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O xatırladıb ki, 17 noyabrda Emmanuel Makron və Vladimir Zelenski Paris regionundakı Villakuble hava bazasında Kiyevə hərbi yardımla, Ukrayna ordusuna Fransa istehsalı olan 100 ədəd “Rafale” qırıcı təyyarəsi tədarük edilməsi ilə bağlı razılaşma imzalayıblar.

“Zelenski sənədi "tarixi" adlandırmaqda tələsib. Düşünürəm ki, prinsipcə qismən haqlıdır. Mənim fikrimcə, bu, tarixdə qalacaq bir sənəddir. Bunu hətta razılaşma da adlandırmaq olmaz. Görünür, qarşıdan müasir tarixin ən böyük fırıldağından biri gəlir. Kiyev rejiminin 20 milyard avro dəyərində ola biləcək belə böyük alış üçün pulu yoxdur, necə ki, Parisin iddia etdiyi həcmdə texnikası yoxdur. Beləliklə, bu, maraqlı virtual sövdələşmədir. Birinin pulu, digərinin malı yoxdur, amma gələcək üçün nəsə barədə razılığa gəliblər”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.

Tarix
2025.11.20 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla İsrail arasında mühüm iclas keçirildi - Foto

2026-cı ilin büdcə zərfinin strukturu...

Erməni mütəxəssislər Bakıya gəlir - Tarix

Hacıbəyli Mehdiyevə sevgisini bu sözlərlə etiraf etmişdi - Video

Gideon Saar Azərbaycana gələcək

ABŞ Azərbaycana süni intellekt texnologiyası satacaq

ABŞ “Javelin”lərin Hindistana satışına razılıq verdi

Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

Türkiyə ilə sülh Ermənistan üçün vacibdir - Mirzoyan

Dünənin, bu günün və sabahın partiyası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla