Yuxarı

Ağcabədidə ağır qəza: ölənlər var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağcabədidə ağır qəza: ölənlər var

Ağcabədidə yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib.

"Qazel" markalı yük maşını hərəkətdə olarkən VAZ 21015 markalı minik maşını ilə toqquşub.

Nəticədə VAZ-ın sürücüsü 1984-cü il təvəllüdlü Orxan Vəliyev hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, O.Vəliyevin həyat yoldaşı Türkan Vəliyeva və əmisi oğlu 1972-ci il təvəllüdlü Elsevər Vəliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyata götürülən ağır yaralı E.Vəliyev əməliyyatdan sonra xəstəxanada vəfat edib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma başlanıb.

Tarix
2025.11.20 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla