Yuxarı

Zelenski ABŞ-ın sülh planından danışdı: Rusiya buna çalışır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski ABŞ-ın sülh planından danışdı: Rusiya buna çalışır

Ukrayna əsl sülhə can atır və sülh prosesini pozmağa çalışmayacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında deyib.

Zelesnki bildirib ki, ABŞ-ın nümayəndələri ilə görüşdə iştirak edib:

“ABŞ öz təkliflərini - müharibəyə son qoymaq üçün planın bəndlərini təqdim etdi. Müharibənin ilk günlərindən biz çox sadə bir mövqe tutmuşuq: Ukraynanın sülhə ehtiyacı var. Layiqli bir sülh müstəqilliyimizə, suverenliyimizə və Ukrayna xalqının ləyaqətinə hörmət edən şərtlər tələb edir. Və biz məhz bu şərtləri təmin etməliyik”.

O, fundamental mövqeləri müəyyən etdiyinə və komandaların bu təkliflər üzərində işləməyə davam edəcəyinə dair söz verib:

“Kəskin bəyanatlar verməyəcəyik, Ukrayna, ABŞ, Avropa və dünyadakı dostlarımız, eləcə də tərəfdaşlarımızla aydın, dürüst işə sadiqik”.

Ukrayan lideri avropalı tərəfdaşlarına dəstəyə görə təşəkkür edib və eyni zamanda, vurğulayıb ki, Rusiya bütün il ərzində yalnız bir şey etməyə çalışır: sanksiyaları təxirə salmaq və müharibə üçün daha çox vaxt qazanmaq:

“ABŞ Rusiyanın müharibəyə son qoymaq öhdəliyinin ciddiləşməsini təmin etmək gücünə malikdir. Gələcəkdə də buna 100% nail olmağa çalışacağam, bütün vaxtım indi buna həsr olunub. Ukraynanın sülhə ehtiyacı var və Kiyev əlindən gələni edəcək ki, dünyada heç kim diplomatiyanı pozduğumuzu deməsin”.

Tarix
2025.11.21 / 11:58
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla