Yuxarı

Pezeşkian Trampa məktub göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkian Trampa məktub göndərdi

İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampa məktub göndərib.

Axar.az "Azad İran"a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin keçmiş üzvü Mustafa Kəvakəbian məlumat verib.

Onun sözlərinə görə, məktubun göndərilməsi üçün İranın ali rəhbəri Əli Xameneidən icazə alınıb və məktubun daşıyıcısı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman olub.

Məktubun məzmununun dialoqa çağırış olduğunu deyən Kəvakəbian qeyd edib ki, burada İranın kapitulyasiyaya əsaslanan danışıqları qəbul etmədiyi və buna görə də iki tərəfin bərabər şəraitdə, qarşılıqlı müzakirələrə başlamağa hazır olduğu göstərilib.

Sabiq deputat əlavə edib ki, məktubun göndərilməsi artıq öz təsirini göstərib və Tramp dərhal bildirib ki, ABŞ danışıqlar aparmağı nəzərdə tutur.

"Bu, bizim müharibə niyyətində olmadığımıza və sülh üçün dialoq imkanlarını açıq saxladığımıza işarədir", - deyə sabiq millət vəkili vurğulayıb.

Tarix
2025.11.24 / 23:01
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla