Yuxarı

"Gecəyarısı çəkic": ABŞ İrana hücumun detallarını açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Gecəyarısı çəkic": ABŞ İrana hücumun detallarını açıqladı

F-35 qırıcıları "Gecəyarısı çəkic" əməliyyatı zamanı İran hava məkanına yüzlərlə kilometr daxil olub, hava müdafiəsini məhv edib və İran səmasını tərk edən sonuncu təyyarələr olublar.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə hücumda F-35 qırıcı təyyarələrinin rolu ilə bağlı yaydığı yeni məlumatda bildirilib.

Qeyd olunub ki, "Gecəyarısı çəkic" əməliyyatı zamanı İran hava hücumundan müdafiə sistemləri tərəfindən ABŞ təyyarələrinə atəş açılmayıb.

ABŞ 34-cü eskadrilyasının komandiri Aaron Osbornun sözlərinə görə, F-35-lər İranın nüvə obyektlərinə 13,6 tonluq bunker bombaları atan yeddi ədəd B-2 bombardmançı təyyarəsini müşayiət edib.

O, həmçinin əməliyyat zamanı İranın bir neçə yer-hava raket qurğusuna qarşı yüksək effektiv silahlardan da istifadə edildiyini söyləyib.

Qeyd edək ki, bu ilin iyununda ABŞ Hərbi Hava Qüvvələri İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən strateji nüvə obyektlərinə hücum etmişdi.

Tarix
2025.11.26 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla