Yuxarı

Çin əhalisi azalır - Milyarderləri "100 uşaq" layihəsinə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin əhalisi azalır - Milyarderləri "100 uşaq" layihəsinə başladı

Bəzi Çin milyarderləri 100-dən çox uşaq sahibi olmağı hədəfləyərək "qarşısıalınmaz ailə sülalələrini" genişləndirmək üçün amerikalı surroqat analardan istifadə edirlər.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzetinin məlumatında deyilir.

Bildirilib ki, onların məqsədi Çində azalan doğum nisbəti ilə mübarizə aparmaq və gələcəkdə klanlarının təsirini gücləndirməkdir.

Çində surroqat analığa qoyulan qadağa səbəbindən bir çox varlı şəxs genetik materiallarını xaricə, əksər hallarda qanunların daha yumşaq olduğu ABŞ-a göndərir. Amerikalı surroqat ana vasitəsilə tək bir uşağın dəyəri 200 min dollara çata bilir.

Bu sahədə ən tanınmış sahibkarlardan biri fantastik video oyunlar hazırlamaqla sərvət qazanan Xu Bodur. O, açıq şəkildə 100-dən çox uşağı olduğunu bildirib.

2023-cü ildə Xu Bo məhkəmədə artıq səkkiz uşağın atası olduğu və ya ata olmaq prosesində olduğu aşkar edildikdən sonra dörd doğulmamış uşağa valideynlik hüququndan məhrum edilib.

Xu Bonun keçmiş partnyoru Tanq Tsinqin ifadələrinə görə, iş adamı ən azı 300 uşaq atası olub.

Digər bir milyarder Vanq Huiveyin on qız dünyaya gətirmək üçün amerikalı modelləri yumurta donorları kimi işə götürdüyü iddia edilir. Mənbələr onun modelləri nüfuzlu kişilərlə evləndirmək niyyətində olduğunu və bununla da daha güclü ailə ittifaqları yaratmaq istədiyini bildirir.

Məsələ ilə bağlı danışan Çinin ABŞ-dakı səfirliyinin nümayəndəsi surroqat analığın ciddi ailə və sosial böhrana səbəb ola biləcəyini bildirib.

Tarix
2025.12.16 / 21:11
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla