Yuxarı

Türkiyə bu müdafiə sistemini Rusiyaya geri qaytarır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə bu müdafiə sistemini Rusiyaya geri qaytarır

Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini geri qaytarmağa çalışır. Belə bir addım Ankaraya uzun müddətdir istədiyi F-35 döyüş təyyarələrini almağa imkan verə bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə “Blumberq” çıxış edib.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə rusiyalı həmkarı Vladimir Putinlə Türkmənistanda keçirilən görüşdə S-400 məsələsini də qaldırıb.

Moskva və Ankara 2017-ci ildə S-400 sistemlərinin tədarükü ilə bağlı 2,5 milyard dollarlıq müqavilə imzalayıblar. ABŞ Türkiyəni F-35 proqramından kənarlaşdıraraq və bir neçə türk müdafiə şirkətinə qarşı CAATSA kimi tanınan sanksiya rejimini tətbiq edərək, razılaşmanın qarşısını almağa çalışıb. Əsasnamədə qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Ankaraya tədarükü “Amerika hərbi texnologiyası və personalının təhlükəsizliyini təhlükə altına qoyur və Rusiya müdafiə sektoruna əhəmiyyətli resurs verir”. Buna baxmayaraq, raket sistemləri 2019-cu ilin yayında Türkiyəyə təhvil verilib.

Tarix
2025.12.17 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası keçirildi

Milli Məclisin növbəti iclası başladı

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla